Siyasət

Əhməd Oruc Mətləb Mütəllimlini vurub – İclasda əlbəyaxa dava

İki hissəyə parçalanan Azərbaycan Xalq Hərəkatında sular durulmur. Savash.org xəbər verir ki, qanadlardan birinin iki gün öncə keçirilən iclası barədə mötəbər mənbələrdən musavat.com-a məlumat daxil olub.

Mənbənin bildirdiyinə görə, həmin iclasda Azadlıq partiyasının sədri Əhməd Orucla Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli arasında gərginlik yaşanıb. Tərəflər hətta bir-birilə əlbəyaxa həddinə çatıblar. Şahidlərin iddialarına görə, Əhməd Oruc Mətləb Mütəllimliyə fiziki müdaxilə də edib. Məlumata görə, dava səbəbilə hərəkatın idarə heyətinin növbədənkənar toplantısı çağırılıb və münaqişənin bu həddə çatmasına səbəb kimi İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı göstərilib.

Partiya sədri hərəkatdan qovulub. M.Mütəllimlinin də AXH -dən qovulduğu deyilir.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button