Siyasət

Əgər bunu etməsələr, sülhməramlılar Qarabağdan yola salınacaqlar – AÇIQLAMA

“Ortalıqda bir sənəd var. Bu üçtərəfli bəyanatdır. Bu bəyanatda konkret göstərilir ki, bir tərəf sülhməramlıların burada işini davam etdirməsinə yox desə, o zaman onlar gedəcəklər”.

Savash.org xəbər verir ki, bu fikirləri politoloq Eldar Namazov “Diqqət Mərkəzi” verilişində səsləndirib. O, Ermənistan tərəfinin bunu heç vaxt deməyəcəyini bildirib:

“Ermənistan tərəfinin yeganə ümidi odur ki, sülhməramlılar separatçılarını müdafiə edəcək. Ona görə də, ermənilər heç vaxt sülhməramlıların oradan çıxarılmasını istəməyəcək. Bunu deyə biləcək yeganə ölkə Azərbaycandır. Azərbaycan Prezidenti hər dəfə bu haqda çıxış edəndə hansısa gələcək qərarlar üçün zəmin yaradır. Prezident də xəbərdarlıq edib ki, sülhməramlıların fəaliyyəti bizi qane etməsə, Azərbaycan tərəfi yox deyərək, onları yola salacaq. Bugünədək sülhməramlıların statusu ilə bağlı başqa sənəd mövcud deyil. Yəni onların statusu necə olmalıdır, nəyi edə bilərlər yaxud əksinə…  Bəs bu cür əlavə sənəd nəyə görə yoxdur?. Ona görə yoxdur ki, biz onlarla belə bir sənəd imzalasaq, səhəri gün Rusiya həmin sənədi aparıb MİNSK Qrupunun Həmsədrlərindən müsbət bir bəyanat qopardacaq. Ondan sonra BMT-nin Təhlükəsizlik Şurasından da belə bir bəyanat almağa çalışacaq ki, sülhməramlıların statusu beynəlxalq olsun.

Yəni onlar bizimlə imzaladığı sənəddən asılı qalmasınlar. İndi hər şey bizdən asılıdır. Ona görə də hesab edirəm ki, Azərbaycan tamamilə düzgün yoldadır. Bizim indi tutduğumuz yol ondan ibarətdir ki, sülhməramlılar burada işləmək istəyirlərsə, o zaman Azərbaycanın maraq və qanunlarını nəzərə almalıdırlar. Əgər onlar Azərbaycanın qarşısına qoyduğu məqsədlərinə çatması üçün bizə yardımçı olacaqlarsa, o zamn burada qalmaq şansları var. Əks halda isə sülhməramlılar buradan gedəcəklər”.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button