Dünya

Əfqanıstandakı vəziyyətlə bağlı növbəti görüş keçiriləcək

Rusiyanın və Almaniyanın Əfqanıstan üzrə xüsusi nümayəndələri arasında görüş keçiriləcək.
“Report” TASS-a istinadən xəbər verir ki, görüşün bu həftə keçiriləcəyi gözlənilir.
Qeyd olunub ki, görüş Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kalubovla almaniyalı həmkarı arasında baş tutacaq.
Görüşün dəqiq tarixi məlum deyil.
Həmçinin bildirilib ki, noyabrın ikinci yarısında Əfqanıstandakı vəziyyətlə bağlı “üçlüyün” (Rusiya, ABŞ, Çin, Pakistan) görüşü keçiriləcək.

 

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button