Dünya

Əfqanıstandakı problemlərin həlli üçün BMT 1,5 milyard dollar toplayır

Əfqanıstanda davam edən şaxtalı qışın Asiya ölkəsində insanların həyatını daha da çətinləşdirəcəyini vurğulayan BMT baş katibinin sözçüsü Stiven Düjarrik BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin indiyədək 1,5 milyard dollar topladığını bildirib.

Khaama Press xəbər verir ki, son qar Əfqanıstanın əksər bölgələrinə təsir edib və Kabilə uçuşlar gecikib..

S.Düjarrik deyib ki, ötən ilin dekabrında BMT-nin 7 milyon əfqana ərzaq yardımı edib, BMT-nin humanitar qurumları əfqan xalqına humanitar yardımı davam etdirəcək: “Əfqanıstanın müxtəlif bölgələrində nağd pul, ərzaq və digər yardımlar hələ də həyata keçirilir”.

Khaama Press xəbər verir ki, hazırda Əfqanıstan əhalisinin yarısı aclıq içindədir və xüsusilə dondurucu qış Əfqanıstanı vurduğu üçün sağ qalmaq üçün təcili yardıma ehtiyacı var.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button