Dünya

Əfqanıstanda terror aktı törətmək istəyən 5 İŞİD silahlısı tutulub

Əfqanıstanda Xost əyalətində İŞİD-in 5 döyüşçüsü hücum hazırladıqları üçün saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə əyalət valisi Məhəmməd Nabi Öməri öz tviter səhifəsində məlumat verib.
Qeyd edək ki, sentyabrın 29-da Əfqanıstanın cənub-şərqindəki Xost əyalətindəki bir məsciddə partlayış baş verib, nəticədə bir nəfər ölüb, 14 nəfər yaralanıb. İŞİD silahlıları hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button