Dünya

Əfqanıstanda “Taliban”ın son aylardakı hücumları nəticəsində 1 659 dinc sakin ölüb

ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa başlayandan sonra “Taliban” qruplaşmasının fəallaşması nəticəsində dinc sakinlər arasında ölənlərin və yaralananların sayı artıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstan üzrə missiyasının hesabatında bildirilib.
Hesabata əsasən, “Taliban” qruplaşmasının may ayındakı hücumları nəticəsində 1 659 dinc sakin ölüb, 3 254 mülki vətəndaş yaralanıb. Bu isə 2020-ci ilin uyğun dövrü ilə müqayisədə 47 faiz çoxdur.
Məlumata görə, son günlər qruplaşma azı 43 dinc sakini qətlə yetirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button