Dünya
Əfqanıstanda son həftədəki partlayışlarda azı 50 uşaq həlak olub

Son həftə ərzində Əfqanıstanda silsilə partlayışlar nəticəsində azı 50 uşaq həlak olub.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) məlumat yayıb.
UNİCEF-in regional direktoru Gorg Larya-Acey rəqəmlərin artmağa davam edəcəyini bildirib. O əlavə edib ki, UNİCEF bütün zərərçəkmiş ailələrə başsağlığı verir.
Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə aprelin 21-də Əfqanıstanın üç şəhərində silsilə terror aktları baş verib.