Dünya

Əfqanıstanda media işçilərinin 80 faizi işsiz qalıb

Əfqanıstan Jurnalistlər Fondu əfqan jurnalistlərin 79 faizininişini itirdiyini, pul qazanmaq və yaşamaq üçün başqa peşələrə üz tutduğunu bildirib.

İstiqlal.az  Khaama Press-ə istinadla xəbər verir ki, bundan əvvəl statistik məlumatlar göstərirdi ki, Əfqanıstanda medianın 75 faizə qədəri maliyyə problemlərinə görə bağlanıb.

Fond Əfqanıstanda “Taliban”ın hakimiyyəti ələ keçirdiyi son bir ay yarım ərzində əfqan jurnalistlərin həyatını qiymətləndirib və onların kövrək iqtisadi vəziyyətə görə ən pis həyat sürdüyünü aşkar edib.

Fond Beynəlxalq Cəmiyyəti və Əfqanıstan İslam Əmirliyini əfqan jurnalistlərin iqtisadi vəziyyəti ilə məşğul olmağa çağırıb.

Sərhədsiz Reportyorlar (RSF) və Əfqanıstan Müstəqil Jurnalistlər Assosiasiyasının (AIJA) keçirdiyi sorğu göstərib ki, avqust ayından Əfqanıstanda media orqanlarının 40 faizi fəaliyyətini dayandırıb, qadın jurnalistlərin və media işçilərinin 80 faizi işsiz qalıb.

“Avqustun 15-dən indiyədək 231 media orqanı bağlanmalı olub və 6400-dən çox jurnalist işini itirib. Ən çox qadın jurnalistlərə ziyan dəyib, beş nəfərdən dördü artıq işləmir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button