Dünya

Əfqanıstanda maliyyə böhranı proqnozlaşdırılır |

Əfqanıstanın bank sistemi iflasa uğramaq üzrədir.
“Report” xəbər verir ki, bunu Əfqanıstan İslam Bankının icraçı direktoru Sayed Musa Kalim əl-Falahi “BBC”yə bildirib.
Onun sözlərinə görə, ölkənin maliyyə sənayesi böhranla üz-üzədir:
“Hazırda bank vəsaitləri Əfqanıstandan kütləvi şəkildə çıxarılır. Əksər banklar fəaliyyət göstərmir və bütün xidmət növləri fəaliyyətini dayandırıb”, – o bildirib.
Bank rəsmisi qeyd edib ki, Əfqanıstan iqtisadiyyatı “talib”lər ölkəni avqustda ələ keçirməzdən əvvəl də çətin vəziyyətdə olub:
“Ölkə xarici yardımlardan çox asılıdır. Dünya Bankının məlumatına görə, Əfqanıstan üçün ümumi daxili məhsulunun (ÜDM) təxminən 40 %-i beynəlxalq yardımlardan gəlir”.
Avqustun sonunda Dünya Bankı Əfqanıstana dəstək proqramını dayandırıb. Bank öz qərarını ölkədəki gərgin vəziyyətlə izah edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button