Dünya

Əfqanıstanda məsciddəki terror nəticəsində ölənlərin sayı 62-yə çatıb

Əfqanıstanda məsciddə törədilən terror aktı nəticəsində ölənlərin sayı 62-yə çatıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
“Taliban” hərəkatının sözçüsü Zabiullah Mücahid bildirib ki, ölkənin Qəndəhar şəhərində yerləşən şiə məscidindəki bu partlayış böyük cinayətdir.
O, cinayətkarların tutularaq cəzalandırılacağı barədə xalqa söz verib. 
Qeyd edək ki, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai də terror aktını pisləyib və bunu sabitlik əleyhinə qəsd adlandırıb.
14.04
Əfqanıstanda məscidə terror aktı törədilib.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə nəticəsində 30 nəfər ölüb.
Xeyli sayda yaralı var.
Polis məscidə gedən yolları bağlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button