Dünya

Əfqanıstanda mədrəsədə partlayış törədilib, ölənlər və xəsarət alanlar var

Əfqanıstanın Host əyalətində baş verən partlayış zamanı həlak olanların sayı 7 nəfərə çatıb.
“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib. 
Qeyd edilir ki, partlayış zamanı həmçinin 15 nəfər xəsarət alıb. Yerli hökumətin Daxili İşlər Nazirliyinin açıqlamasına görə, hadisə dini məktəbdə baş verib. Belə ki, məktəbdə əl qumbarası partlayıb.
Daha əvvəl hadisənin məsciddə baş verdiyi bildirilirdi.
00:09
Əfqanıstanda məsciddə partlayış olub.
“Report”un məlumatına görə, bu barədə “TOLOnews” tviterindəki səhifəsində məlumat yayıb.
Məlumata görə, hadisə Host əyalətində qeydə alınıb.
Partlayış nəticəsində azı 1 nəfər həlak olub, daha 14 nəfər xəsarət alıb.
Qeyd edilir ki, yaralılardan 3-ü ağır vəziyyətdədir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button