Dünya

Əfqanıstanda kiçik müəssisələrin təxminən 38 faizi fəaliyyətini dayandırıb

 

Əfqanıstanın “Taliban” tərəfindən ələ keçirilməsi ölkədə təkcə siyasi böhrana deyil, həm də biznesdə qeyri-müəyyənliyə və işsizliyə səbəb olub.

The Khaama Press xəbər verir ki, Dünya Bankının apardığı son sorğuya görə, özəl sektorlar bizneslərin dayandırıldığı və qeyri-müəyyənliyə düçar olduğu üçün “ağır zərbə alıb”.

Sorğunun nəticələrinə görə, kiçik müəssisələr ən çox zərər çəkib, onların təxminən 38 faizi fəaliyyətini dayandırıb.

Biznes sahiblərinin cinsini ölçən sorğu, əfqan qadınlarının kişilərə nisbətən daha həssas olduğunu, qadınların sahib olduğu müəssisələrin 42 faizinin, kişilərə məxsus firmaların isə 26 faizinin müvəqqəti bağlandığı aşkar edilib. Bütün digər töhfə verən amillər də daxil olmaqla, sorğuda iştirak edən biznes sahiblərinin 82 faizi istehlak tələbinin azalmasının onların iflaslarının ən böyük səbəbi olduğunu bildirib.

Hesabata görə, sorğuda iştirak edən müəssisələrdə çalışan qadın işçilər kişi işçilərə nisbətən daha ciddi iş itkiləri ilə üzləşiblər – ümumilikdə, qadın işçilərin dörddə üçü sorğu edilən firmalardan 2021-ci ilin avqust ayından etibarən işdən çıxarılıb.

Bundan başqa, sorğuda qeyd olunub ki, sərhədlərin bağlanması, xarici valyutanın bahalaşması və malların qiymətlərinin artması səbəbindən idxal mallarına çıxış çətinləşib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button