Dünya

Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub

İŞİD terror qruplaşmasının onlarla tərəfdarı Əfqanıstanın şərqində radikal “Taliban” hərəkatının yaratdığı yerli hakimiyyət orqanlarına təslim olub.
“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “Pajhvok” agentliyi məlumat yayıb.
Əyalətin kəşfiyyat xidmətlərinin nümayəndələrinə görə, İŞİD-in 50 yaraqlısı Nanqarharda hökumət qüvvələrinə təslim olub. Bunun yerli tayfa liderlərinin vasitəçilik etməsi sayəsində mümkün olduğu qeyd edilir.
Bir neçə gün əvvəl Əfqanıstan hökumətində informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Zabihulla Mücahid bildirib ki, “Taliban” hərəkatının hərbi qüvvələri ölkənin müxtəlif bölgələrində İŞİD terror qruplaşmasına qarşı uğurlu əməliyyatlar keçirir. Mücahidin sözlərinə görə, İŞİD Əfqanıstan üçün təhlükə yaratmır və “Taliban” bu qruplaşma ilə müstəqil mübarizə apara bilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button