Dünya

Əfqanıstanda 9 milyon insan aclıqla üz-üzədir

“Əfqanıstanda 9 milyon nəfəri 25 dərəcə şaxtada misli görülməyən aclıq gözləyir”.

“CNNTurk”ün məlumatına görə, bunu BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının sözçüsü Babar Baloç deyib.

Onun sözlərinə görə, insanlar yetərincə yemək yemir, bu, gözlə görünəcək həddədir: “Havanın temperaturunun 25 dərəcə olacağı gözlənilir. Yurdundan edilən bir çox ailə uyğun bir sığınacağa malik deyil. Sərt şaxtalı havada onların əsas məqsədi sağ qalmaqdır”.

B.Baloç bildirib ki, əhalinin təxminən 23 milyonu və ya ölkə əhalisinin 55 faizi aclıqla üz-üzə və onların 9 milyonu qıtlıq riskindədir. Uşaqları üçün sığınacağı, yeməyi olmayan analarla yetim nəvələrinə baxmaq üçün evlərindən olmuş yaşlı insanlar təsbit edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button