Dünya

Əfqanıstanda 180-dən çox KİV fəaliyyət göstərmir

Əfqanıstanın Milli Jurnalistlər Evi son sorğusunda ölkədə son 7 ayda 475 media orqanından 180-nin bağlandığını bildirib.

İstiqlal.az “Khaama Press”ə istinadla xəbər verir ki, Kabildə keçirilən mətbuat konfransında media qurumu, “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstanda cəmi 290 media orqanının fəaliyyət göstərdiyini bildirib.

Əfqanıstan Milli Jurnalistlər Evinin rəhbəri Sayed Yaseen Mateen bildirib ki, medianın kütləvi şəkildə bağlanmasının səbəbi iqtisadi çətinliklər və ölkədə peşəkar media işçilərinin miqrasiyasıdır.

Əfqanıstanda iqtisadi çətinliklər və mediaya xaricdən dəstəyin dayandırılması ilə yanaşı, əfqan jurnalistlərin istinad etdiyi məlumatlara çıxışın olmaması ölkədəki media üçün başqa bir böyük problem olduğu bildirilir.

Digər tərəfdən, Əfqanıstan İslam Əmirliyi həmişə bu iddianı təkzib edib və əlavə edib ki, Əfqanıstanda media qurumlarının bağlanması onların donorlarının fəaliyyətini dayandırması ilə bağlıdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button