Dünya

Əfqanıstanda 100-dən çox müəssisə fəaliyyətini dayandırıb

Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində son iki ay ərzində 100-dən çox müəssisə fəaliyyətini dayandırıb.
“Report”un məlumatına görə, bu barədə “Tolo News” Əfqanıstan Sənaye və Mədənçilik Palatasının rəsmilərinə istinadən xəbər verir.
Rəsmilər Heratdakı fabriklərin sayının azalmasının xammal və ölkənin üzləşdiyi iqtisadi çətinliklərlə əlaqəli olduğunu bildiriblər.
Eyni zamanda əyalətdəki dövlət aparatının nümayəndələri telekanala bildiriblər ki, artıq yerli istehsal məhsulları üçün daha əlverişli bazar şəraiti yaratmaq üçün idxal olunan mallara rüsumları artırıblar.
Ekspertlərin fikrincə, müəssisə sahiblərininvə investorların qarşılaşdıqları problemlər təcili həll edilməzsə, iqtisadi böhran dərinləşəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button