Dünya

Əfqanıstan ordusu “Taliban” qruplaşmasının 187 silahlısını məhv edib, 112-si yaralanıb

Əfqanıstanda hökumət qüvvələri son sutkada “Taliban” qruplaşmasının 187 silahlısını məhv edib, 112-si yaralanıb.
“Report” “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, məlumatı ölkənin Milli Müdafiə Nazirliyi yayıb.
Əməliyyat nəticəsində “Taliban”ın 2 silahlısı həbs olunub, çoxlu sayda silah və sursat müsadirə olunub.
Nazirliyin məlumatına əsasən, qruplaşamanın silahlıları Kunar, Loqar, Qəznə, Host, Qəndəhar, Uruzqan, Fəryab, Bəlx, Cauzcan, Samanqan, Gilmend, Tahar, Kunduz, Baqlan və Kapisa əyalətlərində zərərsizləşdiriliblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button