Dünya

Əfqanıstan Əl-Qaidə üçün təhlükəsiz sığınacaq ola bilər – BMT-nin hesabatı

BMT Təhlükəsizlik Şurasına göndərilən hesabatda qeyri-qanuni Təhrik-i-Taliban Pakistanın (TTP) Əfqanıstanda 3000 ilə 5000 arasında döyüşçünün olduğu və həmçinin Talibanın idarə etdiyi Əfqanıstanın “təhlükəsiz sığınacaq” olmaq potensialına malik olduğu barədə xəbərdarlıq edilib.

“Afghanistan Sun” xəbər verir ki, BMT-nin Analitik Dəstək və Sanksiyaların Monitorinqi Qrupunun 29-cu hesabatı Cənubi Asiyada və onun hüdudlarından kənarda fəaliyyət göstərən geniş spektrli terror qruplarından bəhs edir və 2021-ci ilin iyun və dekabr ayları arasında baş verən hadisələri əhatə edir.

Komitə Əl-Qaidə, Taliban kimi böyük silahlı qruplaşmaların və həmçinin İŞİD kimi tanınan silahlı İslam Dövləti (İD) qruplaşmasının müxtəlif fraksiyalarının fəaliyyətinə nəzarət edir. Komitə bu qruplara qarşı BMT-nin mandatına uyğun sanksiyaların həyata keçirilməsini təmin etməlidir.

Hesabatda Talibanın Əfqanıstana qayıdışı ölkənin ən yaxın tarixində “ən əlamətdar hadisə” kimi təsvir edilir və bunun hamı üçün geniş təsirləri olacaq.

Hesabatda deyilir ki,Taliban, Əl-Qaidə və İD-X daxil olmaqla, bölgədəki bütün əsas terror qrupları ilə sıx əməkdaşlıq edən qruplar arasında TTP də var.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button