Dünya

Əfqan zəfəranının satışları 20-30 % azalıb

Əfqan tacirləri zəfəranın satışlarının əvvəlki illə müqayisədə 20-30 faiz kəskin azaldığını və qiymətlərin də sürətlə artdığını bildirib.

İstiqlal.az “TOLO news”a istinadla xəbər verir ki, Heratın zəfəran məhsuldarlığı dəfələrlə dünyanın ən yaxşı zəfəranı seçilib, lakin hava dəhlizinin olmaması səbəbindən son vaxtlar xaricə zəfəranın ixracı azalıb, tacirlər şikayətlənirlər.

Zəfəran alverçisi Nasir Əzimi deyib ki, onların ən azı 28 ölkəyə ixracı var. Hazırda çoxlu məhdudiyyətlərlə üzləşirlər. Bunlardan biri zəfəran ixracı üçün hava dəhlizinin olmamasıdır.

Kənd Təsərrüfatı, Suvarma və Heyvandarlıq Nazirliyinin mövcud rəqəmlərinə görə, Əfqanıstanda 8000 hektardan çox sahədə zəfəran becərilir.

Qlobal ixracatda 12,8 % bazar payı ilə Əfqanıstan zəfəran istehsalında İran və Hindistandan sonra üçüncü yeri tutur ki, bu da həm də milyonlarla dollar gəlir əldə etmək və Əfqanıstanda milyonlarla insanı yoxsulluqdan çıxarmaq potensialına malikdir və bütün iqtisadiyyatı gücləndirir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button