Türkanda ara qarışıb: yeni icra nümayəndəsilə bələdiyyə sədri köhnələrə rəhmət oxudur

22/02/2021 [11:57] - Cəmiyyət (275)



Bakının Türkan qəsəbəsinin icra nümayəndəsi Rahil Babayevin həbsindən sonra vəziyyət bir qədər də qəlizləşib. Rahil Babayevin fəaliyyətinə bələd olanlar deyir ki, onun nümayəndə olduğu dövrdə Türkanın torpaqları zəbt olunub, qarış-qarış satılıb. Rahil Babayev torpaqları zəbt etdirib qanunsuz satsa da, tikintiyə görə rüşvət yığmağa o qədər də həvəs göstərməyib. Bu barədə istiqlal.az-a qəsəbədki mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, Rahil Babayev 2 ahıl qadının torpaq sahələrnin zəbtinə görə qandallanıb Bakı İstintaq Təcridxanasına göndəriləndən sonra Türkanda  nəhayət ki, torpaqlarla bağlı qanunsuzluqlara son qoyulacağına ümid yaranıb. 

Sakinlər deyir ki, Vüqar Balayev 2 ay əvvəl icra nümayəındəsi vəzifəsinə gətirilsə də, artıq həbsdə olan Rahil Babayevə rəhmət oxudur. Türkan sakinləri deyirlər ki, bu gün kənddə yeni və daha ağır qaydalar otuşdurulmaqdadır. Vüqar Balayev icra nümayəndəsi gətirilməklə yanaşı onun qaynı Böyük Ağa Xaləddin oğlu Yarıyev də Türkan bələdiyyəsinə sədr vəzifəsinə təyin olunub. Bu gün Türkan yeznə-qayının yeni və daha ağır şərtlərinə sinə açmaq məcburiyyəti ilə üz-üzə qalıb. Türkanlılar bu təyinatları icra başçısı Elşən Salahovla nümayəndənin qaynatası, sədrin atası Xaləddin Yarıyevin dostluğundan qaynaqlandığını deyirlər. 

Yayılan məlumatlara görə, Rahil Babayevin etmədiyi özbaşınalıqları da yeznə-qayın birləşib edirlər. Kəndin ərazisində illər əvvəl aparılmış tikintiləri qanunsuz elan edib dağıtmaqla sakinlər arasında çox böyük narazılıq yaradıblar. Qanunsuz elan edilən və sökülməyən tikililər də var. Bunun üçün belə tikililərin sahibləri ağsaqqalla, yəni Xaləddin Yarıyevlə görüşməli, onun razılığını almalıdır. Türkanda yeznə-qayın və onlara başçılıq edən ağsaqqal peyda olub. İndi kənddə köhnə əyyamları arzulayanlar az deyil. Ən azı Rahil Babayevin qaynı bələdiyyə sədri deyildi, özü də Yarıyev kimi ağsaqqallıq iddiasından çox uzaq idi. İndi isə dəngələr dəyişib. Bu dəyişiklər kənddə çox ciddi problemlərin başlanğıcı kimi dəyərləndirənlər də az deyil. Bunun ilkin əlaməti kimi kənd sakini Samir Quliyevin Nəzakət Quliyevaya məxsus daş karxanasına silahlı basqını, Qərib Nadirovun hasarının heç bir məhkəmə qərarı olmadan yeznə-qayın tərəfindən yerlə bir edilməsi, sonuncunun qanunsuzluğa etiraz əlaməti olaraq öz maşınını kəndin mərkəzində odlayaraq yandırmasını misal göstərmək olar.  Türkan sürətlə kriminal qaydalarla idarə olunan kənd statusunu qazanmaq üzrədir.
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Mübariz Mənsimov azadlığa buraxılıb
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək
Azərbaycan BMT-də qətnamə layihəsi ilə çıxış edəcək
Xəbər lenti
05/03/2021 [18:02]:
Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edilib
05/03/2021 [17:16]:
Ermənistan "Avroviziya-2021" müsabiqəsində iştirak etməyəcək
05/03/2021 [16:28]:
Azərbaycanda daha 365 nəfərdə COVID-19 aşkarlanıb- 3 nəfər vəfat edib
05/03/2021 [15:34]:
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 36 %-dək azalıb
05/03/2021 [14:51]:
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
05/03/2021 [14:46]:
YAP İdarə Heyətindən çıxarılanların adı məlum olub - yenilənib
05/03/2021 [14:40]:
Mübariz Mənsimov azadlığa buraxılıb
05/03/2021 [14:19]:
Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
05/03/2021 [14:06]:
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
05/03/2021 [13:59]:
“Alaş” partiyasının lideri Alixan Bukeyxanovun 155 illiyi
05/03/2021 [13:14]:
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək
05/03/2021 [12:23]:
Millimiz Moldovaya böyük hesabla qalib gəldi
05/03/2021 [11:37]:
Azərbaycan BMT-də qətnamə layihəsi ilə çıxış edəcək
05/03/2021 [10:48]:
“Brent” markalı neftin qiyməti 67 dolları keçdi
05/03/2021 [09:54]:
Türkiyədə baş vermiş helikopter qəzasının ilkin səbəbləri açıqlanıb
04/03/2021 [23:58]:
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
04/03/2021 [23:09]:
OPEC+ hasilatın gündəlik 1 milyon barel azaldılması qərarını uzada bilər
04/03/2021 [22:42]:
Əliyev helikopter qəzası ilə bağlı Ərdoğana başsağlığı verib - yenilənib
04/03/2021 [22:12]:
MDB-də İnsan hüquqları üzrə Komissiya yaradılacaq
04/03/2021 [21:29]:
Əfv Komissiyası 100-dən çox müraciətə baxdı
04/03/2021 [20:33]:
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
04/03/2021 [19:42]:
Keçmiş həmsədr: “Üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır”
04/03/2021 [18:58]:
"Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur" - İlham Əliyev
04/03/2021 [18:14]:
Qazaxıstan Azərbaycanın azad olunan ərazilərinin bərpasında iştirak edə bilər
04/03/2021 [18:02]:
Yaponiya səfiri Gəncədə mülki əhaliyə qarşı törədilən terror aktlarını pisləyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Cahangir Əsgərov iki aydır maaş vermir: AZAL-da nə baş verir?
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Исахан Исаханлы – ПОДАРОК (Рассказ)
Hakim dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin