Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
Apasport.az saytının məlumatına görə, turun ilk günündə iki oyun keçirilib.
Bakı klublarının duelində “Səbail”lə “Sabah” üz-üzə gəlib. Autsayderlər qrupunda yer alan komandalar duelində meydan sahibləri qələbə qazanıb. Hər hissədə bir qol vuran Amil Yunanov “Səbail”ə son pillədən qurtulmaq üçün yetərli olan üç xal qazandırıb.
Günə son çempionun matçı ilə yekun vurulub. “Qarabağ” Sumqayıtda eyniadlı komandanın qonağı olub. Ağdamlılar matç boyu üstünlüyə malik olsa da, meydan sahiblərinin müqavimətini qıra bilməyib. Ardıcıl ikinci oyunda qələbə qazanmayan Qurban Qurbanovun yetirmələri “Neftçi”yə çatsa da, şəxsi oyunlara görə ikinci sırada qalıb.
Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq. “Neftçi” “Qəbələ”ni, “Keşlə” “Zirə”ni qəbul edəcək.