Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək? - təfsilat

19/02/2021 [09:09] - Gündəm (862)



2018-ci ilin mayında redaksiyalara zəng gəlir. Xəttin o başında danışan, o dövrdə deputat olan Elmira Axundovadır. Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin şəxsən əlindən ad aldığı haqda xəbər yazılmasını istəyir... 

Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevlə Ukraynadakı səfir Elmira Axundovanın əlaqələri haqda məlumatlar yeni deyil. Elmira Axundova deputat vəsiqəsini cibində gəzdirdiyi günlərdə Ramiz Mehdiyevin adı dilindən düşmürdü, onun şəxsən əlindən ad almasını da yerli-yersiz deməyi özünə borc bilirdi. Ümumdünya torunun ucsuz-bucaqsız çöllərində Ramiz Mehdiyevi mədh edən sicilləmələr bir deyil, iki deyil. Ramiz Mehdiyev də ona borclu qalmırdı. Həmin o ad söhbəti də bu gizli-aşkar əlaqələrin nəticəsi idi. O gün Elmira Axundova bəyan etdi ki, bəs xalq yazıçısıdır, adı da ona Ramiz Mehdiyevin kabinetində onun özü verib. Vəsiqənin nömrəsinin də sözbaşı 1-1 olduğunu təkrar təkrar deməyi də unutmadı.

Dəftər-kitabla isə belə olmur. Qayda belədir ki, xalq yazıçısı adının verilməsi haqda rəsmi qəzetlər xəbər yayır, AzTV xəbər blokunda bu haqda rəsmi məlumat verir. Bunların əvəzinə Elmira Axundova özü bir-bir saytlara zəng edib xəbər verir, adı Ramiz Mehdiyevin şəxsən əlindən almasını xüsusi vurğulayırdı. Ramiz Mehdiyevin adı öz kabinetində verməsini dönə-dönə təkrarlayır, bunun mütləq şəkildə yazılmasını istəyirdi. İkrah doğuran, özünüreklam xarakterli, şitliyi ilə bütün əndazələri aşan bu xahişi naəlac qalan saytlar yayır... 

Bu hələ harasıdır? 

Elmira Axundova Ramiz Mehdiyevi müasir Azərbaycan fəlsəfəsi və politoloji fikrinin korifeyi adlandırır. “Onun kitabları hər kəsin masaüstü kitabı olmalıdır”  deyir. Həm də Ramiz Mehdiyevin kitablarından zəhlətökəncəsinə uzun-uzadı rəylər yazmağı da özünə ar bilmir. Ramiz Ənvəroviçə həsr olunan palaz-palaz yazılar, həmin söz yığnaqları əsasında hazırlanan qalaq-qalaq mənasız kitablar bu gün də ortalıqdadır. 

2018-ci ilin həmin günlərində Elmira Axundova Ramiz Mehdiyevin vurub-yıxan kadrı, adı reyderlikdə keçən, cinayətlərinin sırası geniş olan “Baku Stell Company”nin İdarə Heyətinin sədri Rasim Məmmədovla birgə ortalığa çıxdı. O günlərdə Rasim Məmmədov Ramiz Mehdiyevin 1 nömrəli kadrı olaraq qalırdı. Qələmi sındırılsa da, patronunun “çətiri” altında mümkün həbsdən yayına bilirdi. Belə bir vaxtda Elmira Axundova Rasim Məmmədovu geniş reklam etməyə başladı. Onu kitaba sponsor kimi təqdim edib xilas planında yer aldı. Əslində bu kitab söhbəti ilə Elmira Axundova özünün də kitabını bağlamış olub...

 İndi vəziyyət dəyişib, daha 1-1 vəsiqəsini əlinə verdiyi Mehdiyevin həşəmətli vəzifəsi yoxdur. Əlaqələr, gizli bağlar isə qalır. 

Bu adamlar illərlə kitablar üzərindən spekulyasiyalara çox aludə olublar. Kitabların kölgəsində zəngin, komfort həyat qurublar. Hələ özlərini kitablara pərçim edib yüksək mərtəbələrə qoyublar. İllərlə öz aləmlərində özlərini toxunulmaz kastaya aid ediblər. Karantin vaxtı toy da bu yanaşmadan meydana çıxmış yığıncaq idi... 

Həmin o kitablarda Ramiz Mehdiyev Elmira Axundovanı tərifləyir, Axundova da Mehdiyevi alqışlamaqdan yorulmurdu. 

 Xüsusən də bərkə düşəndə belə xəbərlər medianın gündəminə gətirilirdi. Axundovanın adı 8 milyon manatlıq dələduzluq işinə qarışdığı günlərdə Mehdiyevin ətəyindən bərk-bərk yapışıb ona mədhiyyələr deməkdən əl çəkmirdi. 

Böyük dələduzluq, ardından Müdafiə Nazirliyi ilə şübhəli tenderlər, oğlu Həbib Axundovun model Günel Mirzəyevanı açıq dənizə çıxarıb müəmmalı şəkildə dənizə salıb ölümünə yol açması kimi mövzulardan mədhiyyə janrında çıxışlarla yaxa qurtara bilirdi. 

Bu işlərin hər biri Elmira Axundovanın karyerasına birdəfəlik son qoyacaq gücünü saxlamaqdadır. 
Lakin hər dəfə iş məhkəmələrə gedib çıxır, hakimlər əl yelləyir, Ramiz Mehdiyevin zəngi haqda danışmadan Axundovanı “sudan quru” çıxarırdılar. Bu zaman zərərçəkənləri susdurmaq üçün məhkəmələrə şikayətlər verilir, tam qanunsuz, absurd qərarlar ölkə adından çıxarılırdı. Məsələn Binəqədi məhkəməsi Elmira Axundovanın cinayətə bərabər əməllərindən prezidentə yazılan şikayətə görə zərərçəkənlərin hər birini 10 min manat cərimələyib. 

 Hələ Elmira Axundovanın, onun oğlu Həbib Axundovun barəsində yazıb-pozan jurnalistlər də məhkəmələrə çəkilir, barələrində söz azadlığına qarşı olması şübhə belə doğurmayan qərarlar verilirdi. Bu gün belə məhkəmə işlərindən biri Ali Məhkəmədə, hakim Mehparə Əhmədovanın icraatındadır. Fevralın 23-də qocaman jurnalistə qarşı qanunsuzluğu hər mənada göz qabağında olan işə yenidən baxılacaq. 

Bilirsiz, qocaman jurnalist Firuz Haşımovu eyni yazıya görə 2 dəfə niyə cərimə eləyiblər? 
Nə var ki, Haşımov yazılarında Elmira Axundovanın, onun oğlunun adı 8 milyonluq dələduzluq işinə qarıması mövzusunda “indiki halda harınlıq, milli xəyanətə bərabərdir” qiymətverici mülahizəsini yazıb. Bu mülahizə prezidentin harın məmurlarla mübarizəyə səslədiyi bir vaxtda səslənib, ardından da Firuz Haşımovun qanunsuz olaraq cərimələnməsi baş verib. Bu, əslində Ramiz Mehdiyevin ölkədə aparılan islahatyönümlü siyasətə daim badalaq vurmasının bariz nümunəsidir. 
Bu gün Ramiz Mehdiyev vəzifədə deyil. Amma ondan qalma komanda, kadrlar hələ də var. Hətta Ali Məhkəmədə də onun adamları iş başındadır. 

 Elmira Axundovanın adı hallanan işin indiki halda Ali Məhkəmədə olması, həm də, oradakı “mehdiyevçi”ləri üzə çıxarmaq gücündədir. Qocaman jurnalistə qarşı Binəqədi Məhkəməsində başlanan səlib yürüşü Ali Məhkəmədə də qüvvəsində qalacaqsa, bu göstərici olacaq.

istiqlal/az
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Mübariz Mənsimov azadlığa buraxılıb
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək
Azərbaycan BMT-də qətnamə layihəsi ilə çıxış edəcək
Xəbər lenti
05/03/2021 [16:28]:
Azərbaycanda daha 365 nəfərdə COVID-19 aşkarlanıb- 3 nəfər vəfat edib
05/03/2021 [15:34]:
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 36 %-dək azalıb
05/03/2021 [14:51]:
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
05/03/2021 [14:46]:
YAP İdarə Heyətindən çıxarılanların adı məlum olub - yenilənib
05/03/2021 [14:40]:
Mübariz Mənsimov azadlığa buraxılıb
05/03/2021 [14:19]:
Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
05/03/2021 [14:06]:
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
05/03/2021 [13:59]:
“Alaş” partiyasının lideri Alixan Bukeyxanovun 155 illiyi
05/03/2021 [13:14]:
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək
05/03/2021 [12:23]:
Millimiz Moldovaya böyük hesabla qalib gəldi
05/03/2021 [11:37]:
Azərbaycan BMT-də qətnamə layihəsi ilə çıxış edəcək
05/03/2021 [10:48]:
“Brent” markalı neftin qiyməti 67 dolları keçdi
05/03/2021 [09:54]:
Türkiyədə baş vermiş helikopter qəzasının ilkin səbəbləri açıqlanıb
04/03/2021 [23:58]:
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
04/03/2021 [23:09]:
OPEC+ hasilatın gündəlik 1 milyon barel azaldılması qərarını uzada bilər
04/03/2021 [22:42]:
Əliyev helikopter qəzası ilə bağlı Ərdoğana başsağlığı verib - yenilənib
04/03/2021 [22:12]:
MDB-də İnsan hüquqları üzrə Komissiya yaradılacaq
04/03/2021 [21:29]:
Əfv Komissiyası 100-dən çox müraciətə baxdı
04/03/2021 [20:33]:
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
04/03/2021 [19:42]:
Keçmiş həmsədr: “Üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır”
04/03/2021 [18:58]:
"Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur" - İlham Əliyev
04/03/2021 [18:14]:
Qazaxıstan Azərbaycanın azad olunan ərazilərinin bərpasında iştirak edə bilər
04/03/2021 [18:02]:
Yaponiya səfiri Gəncədə mülki əhaliyə qarşı törədilən terror aktlarını pisləyib
04/03/2021 [17:31]:
Azərbaycanda bir gündə 314 nəfər COVID-19-a yoluxub - 2 nəfər vəfat edib
04/03/2021 [16:56]:
Azərbaycan kubokunda finalın vaxtı dəyişib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Cahangir Əsgərov iki aydır maaş vermir: AZAL-da nə baş verir?
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Исахан Исаханлы – ПОДАРОК (Рассказ)
Hakim dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin