Türkiyə S-400 sistemi ilə bağlı qərarını verdi

17/02/2021 [21:23] - Dünya (236)



"Amerika S-400 məsələsini hər fürsətdə gündəmə gətirir". Bunu Milli.Az-a açıqlamasında türkiyəli məşhur hərbi-siyasi eksperti Ceyhun Bozkurt deyib.

Ekspert bildirib ki, ABŞ nə qədər təzyiq etsə də Türkiyə S-400-dən imtina etmək fikrində deyil:

"S-400 məsələsini ABŞ-ın yeni dövlət katibi Entoni Blinken də gündəmə gətirdi. Çünki bu, Türkiyə ilə Amerika arasındakı ən kritik məsələlərdən biridir. S-400 sadəcə havadan müdafiə sistemi deyil, üstəgəl, bir dövlətin vermiş olduğu siyasi qərardır. Buna görə də Amerika narahatdır, Türkiyənin Qərb nəzarətindən uzaqlaşdığını düşünür və Türkiyəni yenidən nəzarət altına almaq istəyir.

Türkiyə isə S-400-dən imtina etməyəcək. Çünki bunun bir neçə səbəbi var:

I. Qərbin təhdidi hələ də davam edir. S-400 sistemi Qərbin silah sistemlərindən fərqli olduğu üçün Türkiyə oradan gələcək təhdidə qarşı NATO sistemi xaricində olan bir sistemə üstünlük verdi. Biz bunu 15 iyul (2016) hadisələri zamanı da gördük, içimizə sızan satqınlar Türkiyə Silahlı Qüvvələrinin hava sistemindən istifadə etdilər. Bu səbəbdən S-400 Türkiyə üçün önəmlidir.

II. Yunanıstan tərəfindən Egey və Ağdənizdə bir təcavüzkar siyasət hökm sürür. S-400 bunun üçün də, Kipr üçün də önəmlidir.

III. Razılaşmaya əsasən də sistemin birinci partiyası gəldi, razılıqlar əldə olundu, qol çəkildi, sistem quruldu, testləri də aparıldı, aparılır da. Bu səbəbdən geri qaytarılması mümkün görünmür. Bir ara üçüncü bir ölkəyə transferinin müzakirə mövzusu olduğu deyildi. Amma bu da mümkün deyil. Çünki razılaşmalarda nəticədə bu, istehsalçı ölkədən icazəsiz ediləcək məsələ deyil.

Buna görə də S-400 məsələsində Amerika Türkiyəni yenidən nəzarət altına almaq niyyətindədir. Atıq alternativ də təklif edilmir. Türkiyə illərlə müttəfiqi olaraq gördüyü ölkələrdən hava hücumundan müdafiə sistemi istədi, amma başda Amerika olmaqla vermədilər. Çinlə razılaşdı, təzyiq göstərib onu ləğv etdirdilər. Razılıq ləğv edildikdən sonra da Türkiyənin hava hücumundan müdafiə sistemi məsələsini həll etmədilər. Türkiyə də 2017-ci ildə S-400 qərarına gəldi.

Türkiyə bu saatdan sonra geri addım atmaz, məsələni diplomatik yolla həll etməyə çalışacaq. Amma ABŞ ilə münasibətlərin gərginləşəcəyi də nəzərə alınarsa, S-400 məsələsindən Türkiyənin geri addım atacağını zənn etmirəm. Tam tərsinə, Türkiyə Rusiya ilə zaman-zaman bəlli coğrafiyalarda lokal gərginliklər yaşasa da, bəlkə də daha çox yaxınlaşacaq".

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu amerikalı yeni həmkarı Entoni Blinkenlə telefonla danışıb. Telefon danışığı Ankaranın Vaşinqtonu sərt tənqid etdiyi saatlara təsadüf edib. Blinken Amerikanın yeni administrasiyasının Türkiyəyə yönəlik xarici siyasətini korrektə edəcəyinə dair bir kəlmə də deməzkən, əksinə Ankaraya ultimatum göndərib: "Rusiyanın C-400 raketlərindən imtina edin!".
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
Liviyalı diplomat: "Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur"
Xəbər lenti
07/03/2021 [23:28]:
Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı
07/03/2021 [22:34]:
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
07/03/2021 [21:43]:
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - rəsmi
07/03/2021 [20:58]:
Bakı yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
07/03/2021 [20:09]:
Vilayət Eyvazov rəisi işdən çıxartdı
07/03/2021 [19:41]:
ABŞ-da COVİD-19-dan ölənlərin sayı 525 min nəfərə çatır
07/03/2021 [18:26]:
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı
07/03/2021 [17:33]:
İsraildə yumşalmanın üçüncü mərhələsi başlayır
07/03/2021 [16:18]:
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanları başa çatıb
07/03/2021 [15:41]:
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
07/03/2021 [14:57]:
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
07/03/2021 [14:03]:
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
07/03/2021 [13:12]:
Rəssam qazi gözündən əməliyyat olunacaq
07/03/2021 [12:28]:
Tvitterin qurucusu ilk tvitini hərraca çıxardı
07/03/2021 [11:37]:
“Diriliş Ərtuğrul”un ssenaristi: "Azərbaycan türk dünyasının sənət mərkəzidir"
07/03/2021 [10:55]:
Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
07/03/2021 [10:46]:
“Qalatasaray” yenidən İtaliya millisinin sabiq hücumçusunu istəyir
07/03/2021 [10:09]:
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
07/03/2021 [09:44]:
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə zirvə görüşü keçiriləcək
07/03/2021 [08:33]:
Bu gün 3254 şagird üçün buraxılış imtahanı keçirilir
06/03/2021 [23:28]:
ÜST: Bir gündə 353 mindən çox şəxsdə COVID-19 aşkarlanıb
06/03/2021 [22:37]:
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
06/03/2021 [21:42]:
Ermənistan müxalifəti yenidən ölkə prezidenti ilə görüşəcək
06/03/2021 [20:01]:
Əcnəbi diplomatlar işğaldan azad olunmuş torpaqlara növbəti dəfə səfər ediblər
06/03/2021 [19:16]:
Hava şəraitinə görə gəmilərin hərəkət təhlükəsizliyi gücləndirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
Mübariz Mənsimov azadlığa buraxılıb
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
BƏƏ qadınları uğurlu iş qadınlarıdır
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin