“Mandarin LTD” MMC-nin rəhbəri baş prokurora müraciət etdi - təfsilat

10/02/2021 [15:22] - Gündəm (947)



Beyləqanda hər kəsin məlumatlı olduğu, qrup şəkilində törədilməsi şübhə doğurmayan ilginc oğurluq tam olaraq araşdırılmamış qalıb. Söhbət rayonun 1-ci Şahsevən kəndində “Mandarin LTD” MMC-nin ofisindən oğurlanan 89 min manatın oğurlanmasından gedir. 

Külli miqdarda oğurluq faktı 2020-ci il dekabrın 12-də qeydə alınıb. Şirkət rəsmiləri dekabrın 13-də oğurluq haqda biləndən dərhal sonra polisə məlumat verib. Polis tez bir zamanda oğruların izinə düşüb. Beyləqanın 1-ci Şahsevən kəndində yaşayan İlkin Nərimanov və Vaqif Pənahlı tutulublar. Üzə çıxıb ki, həmin gün Vaqif Pənahlı və İlkin Nərimanov ofis binasının mühafizəçisi Qüdrət Ərşad oğlu Əliyevin diqqətini yayındırmaq üçün plan qurublar. Plana görə İlkin Nərimanov araq, kolbasa və çörək alaraq mühafizəçinin yanına gəlib. Onunla birgə yeyib-içiblər. İçki məclisi zamanı mühafizəçi Qüdrət Əliyev qarşısındakı monitorda kameralarla ofisə nəzarəti unudub. Həmin vaxt ofisə çox yaxşı bələd olan Vaqif Pənahlı 2-ci mərkəbədəki seyfi açaraq oradan 89 min manatı oğurlayıb. Bundan sonra oğurlanan məbləği  İlkin Nərimanovla bölüşdürüblər. Polisə oğurluq haqda müraciətdən sonra faktla bağlı Beylaqan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində CM-nin 177.3.2-ci (külli miqdarda oğurluq)maddəsi ilə 200310102 nömrəli cinayət işi başlanıb.
Polis İlkin Nərimanovun yaşadığı ünvana baxış keçirdi, döşəmənin altında selofan paketdə oğurlanan məbləğin bir qismini - 41 min manat və 1 680 ABŞ dolları maddi sübut kimi götürüb. 
LTD rəhbərliyini baş prokuror Kamran Əliyevə şikayət etməyə məcbur edən isə İlkin Nərimanovun bu gün də azadlıqda gəzməsidir. 

Vaqif Pənahlı həbsə alınsa da, onunla əlbir olan, oğurluğa birgə gələn, oğurlanmış pulların bir qismi evindən çıxan İlkin Nərimanovu bu günə qədər həbs etmirlər. Ümumiyyətlə bu işdə əli olan digər şəxslərin də istintaqa cəlb olunmasından bilərəkdən yayınırlar. 

MMC rəhbərliyi baş prokurora ünvanladığı şikayətdə oldqca ilginc məqamlar var.

Həmin şikayəti təqdim edirik: 

Azərbaycan Respublikasının  Baş Prokuroru cənab Kamran Əliyevə

surəti: 

Azərbaycan Respublikası DİN Təhqiqat və İstintaq İdarəsinin rəisi cənab Emin Usubova
 “Mandarin LTD” MMC-nin icraçı direktoru  Oqtay Seymur oğlu Kərimli tərəfindən 

Hörmətli baş prokuror, 

Mən, “Mandarin LTD” MMC-nin icraçı direktoru Oqtay Seymur oğlu Kərimli 13.12.2020-ci il tarixdə Beyləqan rayonu polis şöbəsinə ərizə ilə müraciət edərək, 12.12.2020-ci il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən, icraçı direktor vəzifəsində işlədiyim “Mandarin LTD" MMC-nin inzibati binasının xəzinəsindən 89. 000 (səksən doqquz min) manat məbləğində pul vəsaitini naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə bildirmişdim. Araşdırma zamanı hadisə yeri olan Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən "Mandarin Ltd" MMC-nin inzibati binasına baxış keçirilmiş və “Mandarin Ltd" MMC-nin inzibati binasınının 2-ci mərtəbəsində yerləşən dəmir seyfin qapısının sındırılaraq açıldığı müəyyən edilmişdir.
Toplanmış araşdırma materialından görünür ki, naməlum şəxslər tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 12 dekabr 2020-ci il tarixdə saat 22:50 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən “Mandarin Ltd" MMC-nin inzibati binasına qanunsuz olaraq daxil olmuş və “Mandarin Ltd" MMC-nin inzibati binasınının 2-ci mərtəbəsində yerləşən dəmir seyfin qapısının sındıraraq 89 000 (səksən doqquz) manat pulu gizli talamaqla oğurlamışdırlar. Beylaqan Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi polis kapitanı Şamo Mehdi oğlu Mehdiyev faktla bağlı araşdırılma apararaq Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 200310102 nömrəli cinayət işi başlamışdır.

Cinayət hadisəsinin xronoloji addımlarından aydın olduğu kimi, bir qrup şəxs qabaqcadan əlbir olaraq törətmişdir. Belə ki, planlı şəkildə Vaqif və İlkin “Mandarin Ltd" MMC-nin inzibati binasının Qüdrət adlı mühafizəçinin başını qatmaq üçün ona kolbasa və araq ərzaq alaraq əvvəlcədən düşünülmüş şəkildə onu spirtli içki ilə içirdərək sərxoş

edəndən sonra cinayəti törətmişdirlər. Hadisə günü İlkin Nərimanovun cinayəti bilib xəbər verməməsi onu göstərir ki, onun niyyəti, davranışı, cinayətin obyektini özündə saxlaması, həmin şəxsin əməlində CM-nin 177.3.2.-ci maddəsinin tərkibinin əlamətləri mövcuddur. Faktiki olaraq oğurlanmış əmlaka sərəncam verib və pulumun tam yarı hissəsini ələ keçirtmişdir.  Cinayətin həyata keçirilməsini təmin etmək məqsədi ilə, maneələri aradan qaldırmaqla, yəni mühafizəçinin başını qatmaqla onun müqavimətini sındırmağı şəxsən icra etmişdir. Yəni İlkinin əməli CM-nin 32-ci maddəsində göstərilən iştrakçılıq hallarını tam əhatə etməsinə baxmayaraq qanusuz olaraq onun əməlinin ictimai təhlükəliliyi azaldılaraq CM-nin 194-cü maddəsinə tövsif edilmişdir. 
İlkin Nərimanovun əməlində 177.3.2.-ci maddəsinin əlamətlərinin olmasını istisna edən hallar yoxdur. Təqsirləndirilən şəxslərin hər ikisinin əməli qrup şəkilində (CM-nin ümumi hissəsinin  32-ci maddəsinə bax) törətməsinə dəlalət edən kifayət qədər məlumatlar cinayət hadisəsinin üstü açılan kimi bəlli olmasına baxmayaraq prosessual rəhbərliyi həyata keçirdən şəxslərin hərəkətsizliyi nə nəzarətsizliyinə görə cinayət məsuliyyətindən yayındırmağa nail olunmuşdur. Qeyd edim ki, mənə vurulan zərər polislərin peşəkarlığı nəticəsində qismən aradan qaldırılsa belə, istintaqın verdiyi məlumatların tam dəqiq olmamasının, mənim ələ keçirilmiş əmlakımın bir qisminin qaytarılması zamanı aydın olmuşdur. Hesab edirəm ki, hər iki təqsirləndirirlən şəxslərin əməlində CM-nin 177.2.1.-ci. ,177.3.2.-ci maddələrinin əlamətləri vardır.

Belə ki,  Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenum qərarının 11-ci bəndinə əsasən, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Göstərilən qərardan da göründüyü kimi İlkin Nərimanov mühazifəçini sərxoş edib onun başını qataraq cinayəti bilavasitə törədən şəxsə olan maneəni aradan qaldırmışdır və buna görə də onun əməlində Cinayət Məcəlləsinin 32-ci maddəsinin əlamətləri vardır. 

Qeyd edim ki, 22 dekabr 2020-ci il tarixdə, saat 13:58:23 də Mərkəzi şöbə tərəfindən hər gün olduğu kimi, “Mandarin LTD” MMC-nin xəzinədarı Niyammədin Süleymanov və mən  Oqtay Seymur oğlu Kərimli aramızda təhvil təslim işləri görülür və günün sonunda hər ikimiz xəzinədə olan vəsaitlərin hesabatına dair imzalar atırıq. Həmin günü 8 (səkkiz) səhifədən ibarət xəzinənin hesabatı - hərəkət raportu hazırlandı 89 min 160 manat məbləğində pul vəsaitinin xəzinəyə mədaxil olmasına dair hər ikimız tərəfindən imza edildi  “Mandarin LTD” MMC-nin möhürü ilə təsdiq etdim. Belə ki, aydın olduğu kimi, cinayət hadisəsi zamanı seyfdən gedən məbləği şübhə altına alınırsa bu hallar dəqiqləşdirirlməlidir. Bütün maliyyə göstəriciləri vergi orqanına verilən hesabatla tam uyğundur.   

Beylaqan Rayon Məhkəməsinin 4(020)-72/2020 saylı, 15 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Vaqif Xudaverdi oğlu Pənahlı barəsində həbs etmənin əvvəli 13 dekabr 2020-ci il tarixdən hesablanaraq 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Digər şəxsin guya talama-oğurluq niyyətinin olmaması müəyyən edilmişdir. Lakin mühafizəçinin zərərsizləşdirən və onun başını qatan, inzibati binaya girmək üçün maneələrin aradan qaldırılmasında bilavasitə iştirak edən (CM-nin 32-ci mad. Bax) şəxs barəsində həbs qətimkan tətbiri seçilmir, üstəlik sifarişlə Ramil Məhəmmədov adlı şəxs bu cinayətlə bağlı həqiqətə uyuğun olmayan məlumatları yaymaqla zərərdən imtina edilməsinə məcbur edilir. Həmin saytın məlumatları, istintaqın sirlərini yaymaqla yanaşı şantaj xarakterli fəaliyyətlə məşğul olur, bu hallar aidiyyəti qurumlar tərəfindən dəqiqləşdirilməsi üçün göndərilməlidir. 

Belə olan halda hesab edirəm ki, hazırki cinayət işi nəzarətə götürülməli və cinayət işinin obyektiv və hərtərəfli araşdırlmasının təmin edilməsi üçün Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsindən alınaraq  Daxili İşlər Nazirliyinin  Baş İstintaq və Təhqiqat İdarəsinə verilməlidir. 

Hörmətli baş prokuror, 

Yuxarıda qeyd olunanaları nəzərə alaraq Sizdən  xahiş edirəm:
Cinayət işini nəzarətə götürülməsinə və cinayət işinin obyektiv və hərtərəfli araşdırlmasının təmin edilməsi üçün Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsindən alınaraq  Daxili İşlər Nazirliyinin  Baş İstintaq və Təhqiqat İdarəsinə verilməsi ilə baglı göstəriş verəsiniz.
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Mübariz Mənsimov azadlığa buraxılıb
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək
Azərbaycan BMT-də qətnamə layihəsi ilə çıxış edəcək
Xəbər lenti
05/03/2021 [18:02]:
Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edilib
05/03/2021 [17:16]:
Ermənistan "Avroviziya-2021" müsabiqəsində iştirak etməyəcək
05/03/2021 [16:28]:
Azərbaycanda daha 365 nəfərdə COVID-19 aşkarlanıb- 3 nəfər vəfat edib
05/03/2021 [15:34]:
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 36 %-dək azalıb
05/03/2021 [14:51]:
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
05/03/2021 [14:46]:
YAP İdarə Heyətindən çıxarılanların adı məlum olub - yenilənib
05/03/2021 [14:40]:
Mübariz Mənsimov azadlığa buraxılıb
05/03/2021 [14:19]:
Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
05/03/2021 [14:06]:
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
05/03/2021 [13:59]:
“Alaş” partiyasının lideri Alixan Bukeyxanovun 155 illiyi
05/03/2021 [13:14]:
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək
05/03/2021 [12:23]:
Millimiz Moldovaya böyük hesabla qalib gəldi
05/03/2021 [11:37]:
Azərbaycan BMT-də qətnamə layihəsi ilə çıxış edəcək
05/03/2021 [10:48]:
“Brent” markalı neftin qiyməti 67 dolları keçdi
05/03/2021 [09:54]:
Türkiyədə baş vermiş helikopter qəzasının ilkin səbəbləri açıqlanıb
04/03/2021 [23:58]:
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
04/03/2021 [23:09]:
OPEC+ hasilatın gündəlik 1 milyon barel azaldılması qərarını uzada bilər
04/03/2021 [22:42]:
Əliyev helikopter qəzası ilə bağlı Ərdoğana başsağlığı verib - yenilənib
04/03/2021 [22:12]:
MDB-də İnsan hüquqları üzrə Komissiya yaradılacaq
04/03/2021 [21:29]:
Əfv Komissiyası 100-dən çox müraciətə baxdı
04/03/2021 [20:33]:
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
04/03/2021 [19:42]:
Keçmiş həmsədr: “Üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır”
04/03/2021 [18:58]:
"Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur" - İlham Əliyev
04/03/2021 [18:14]:
Qazaxıstan Azərbaycanın azad olunan ərazilərinin bərpasında iştirak edə bilər
04/03/2021 [18:02]:
Yaponiya səfiri Gəncədə mülki əhaliyə qarşı törədilən terror aktlarını pisləyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Cahangir Əsgərov iki aydır maaş vermir: AZAL-da nə baş verir?
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Исахан Исаханлы – ПОДАРОК (Рассказ)
Hakim dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin