Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq

18/01/2021 [18:24] - Siyasət (157)



Qazaxıstan Respublikasının Parlament Məclisinin deputatı, “Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” Respublika ictimai birliyinin sədri Əbilfas Müslimoviç Xamədovun müsahibəsi


- Əbilfas Müslimoviç, məlum olduğu kimi, Siz QR-nin Parlamentinə partiya siyahı ilə deyil, Qazaxıstan Xalqları Assambleyası tərəfindən seçildiniz. Assambleya barədə bir qədər ətraflı danışa bilərsinizmi?

- Qazaxıstan Xalqları Assambleyası 1 mart 1995-ci il tarixində ölkənin Birinci Prezidenti - Elbası N.A.Nazarbayevin təşəbbüsü ilə qurulub. Bu vətəndaş cəmiyyəti institutu bütün etnik qrupların mənafelərini birləşdirən, milli mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların hüquq və azadlıqlarına ciddi əməl olunmasını təmin edən Qazaxıstanın siyasi sisteminin vacib bir elementidir.
Qazaxıstan 130-dan çox etnik qrup üçün sözün həqiqi mənasında vətənə çevrilib və bu, Birinci Prezidentimiz Nursultan Nazarbayevin böyük xidmətidir. Müstəqillik illərində vahid bir millət formalaşıb, eyni zamanda azərbaycanlılar da daxil olmaqla bütün etnik qruplar öz dilini, mədəniyyətini inkişaf etdirmək və öz medianı yaratmaq imkanı əldə etdi. İstisnasız olaraq bütün etnik qruplarla barışıq və əmin-amanlıq içində yaşamaq istəyirik. 11 yanvar 2021-ci ildə Nur-Sultan şəhərində, Qazaxıstan Xalqları Assambleyasının (QXA) XXVIII sessiyası keçirildi və orada Qazaxıstan Respublikasının Parlament Məclisinin doqquz deputatı seçildi. Səsvermənin nəticələrinə görə, Qazaxıstan Xalqları Assambleyası tərəfindən seçilən bütün deputatlığa namizədlər Majilisə seçildi. Eynilə mən də QR parlamentinə deputat seçildim.

-Siz uzun müddətdir “Qazaxıstan Azərbaycanlıları Assosiasiyasına” rəhbərlik edirsiniz. Soydaşlarımızın qazax torpağındakı mövqeyini necə qiymətləndirirsiniz? Azərbaycan mədəniyyətinin, dilinin, ənənələrinin qorunub saxlanılması və inkişafı üçün şərait yaratmaq mümkün olurmu?

- Ondan başlayım ki, bu gün Qazaxıstanda 150 minə yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyəti buraya çoxdan gəlib - repressiyaya məruz qalanlar və ya Sovet hakimiyyəti illərində ümumittifaq inşaat sahələrinə və toxunulmamış torpaqlara gələn, Sovet Ordusu sıralarında hərbi xidmətdən sonra qalanlar. Qazaxıstan hamımız üçün həqiqətən ortaq bir evə, ikinci vətənə çevrildi və bir çoxları üçün, məsələn, burada doğulub böyüyən mənim üçün bura birinci vətəndir.
Mən, 2003-cü ildən “Azərbaycanlılar Assosiasiyası” Respublika ictimai təşkilatının sədri və Qazaxıstan Xalqları Assambleyasının üzvüyəm. 2018-ci ildə QXA sədrinin müavini idim. Dini və etnik mənsubiyyətimizdən asılı olmayaraq, Qazaxıstanda özümüzü bərabər hiss etməyimiz üçün hər cür şəraitin yaradıldığını vurğulamağı vacib hesab edirəm. Əlavə olaraq, bu, heç bir konfessiyaya üstünlük verməyən həqiqətən dünyəvi bir dövlətdir və burada heç kim öz dini mənsubiyyətinə görə sıxışdırılmış hiss etmir.

Adətlərimizi, ənənələrimizi və mədəniyyətimizi inkişaf etdirərək biz bir Azərbaycan musiqi ansamblı və bir rəqs qrupu yaratdıq, "Vətən" Respublika qəzetini nəşr etdik, Azərbaycan dilində radio yayım proqramı açdıq. Bundan əlavə, müxtəlif dil, mədəniyyət və idman dərnəkləri təşkil edilib. Hər il müxtəlif mədəni tədbirlər keçiririk, qazaxlarla birlikdə həm Azərbaycan, həm də qazax milli bayramları qeyd edirik. Qazaxıstan Respublikasının iqtisadi və mədəni həyatında fəal şəkildə iştirak edirik – bizim hüquq-mühafizə orqanlarında, tibb müəssisələrində, biznesdə və ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışan Azərbaycan millətindən olan nümayəndələrimiz var. Azərbaycan etnomədəni birliklərinin bir çox nümayəndələri orden, medal və yüksək dövlət mükafatlara layiq görülüb. Aramızda müxtəlif elmlər namizədi və doktoru adlarına layiq görülən insanlar var.

Biz tez-tez sosial yönümlü humanitar aksiyalar həyata keçiririk. Belə ki, Almatı vilayətinin Kızılağaş şəhərində baş verən faciəli hadisələr zamanı bir sıra evlər tikdik və təmir etdik, bu kənddə yeni idman zalı və hamam kompleksi yaratdıq. Almatıda məşhur yazıçı Sabit Mukanovun adını daşıyan parkı yenidən qurduq.

Qərbi Qazaxıstan vilayətində və Türküstan vilayətinin Maktaral rayonundakı daşqınların nəticələrinin aradan qaldırılmasında iştirak etdik. Qida və isti paltarları təmin etməklə, ilk tələb olunan yardım göstərdik, Türküstan vilayətinin Arıs şəhərində hərbi anbarın partlaması nəticəsində zərər çəkənlərə kömək etdik.

Fəaliyyət göstərdiyim illər ərzində müxtəlif beynəlxalq və respublika konfranslarının və dəyirmi masaların iştirakçısı olmuşam. Bunun vacib olduğunu düşünürəm, çünki hamımız unutmamalıyıq ki, harada yaşayırıqsa, köklərimizi, ənənələrimizi, mədəniyyətimizi və tariximizi heç vaxt unutmamalıyıq. Hər zaman layiqli əməllərimizlə tarixi Vətənimizi şöhrətləndirməli, insanları qədim tariximiz və zəngin mədəniyyətimizlə tanış etməliyik. Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq. Eyni zamanda, biz unutmuruq ki, yaşadığımız ölkədə etdiyimiz hərəkətlər yalnız şəxsən bizim haqqımızda deyil, o cümlədən Azərbaycan xalqımız barədə təəssüratlar qoyur.

- Qazaxıstandakı Azərbaycan diasporu Azərbaycanla Qazaxıstan arasında qardaş münasibətlərinin qurulmasında mühüm amillərdəndir. Yəqin ölkələriniz arasında münasibətlərin necə qurulduğuna bələdsiniz. Azərbaycanla Qazaxıstan arasında mövcud əməkdaşlığı təsvir edə bilərsinizmi? Yaxın gələcəkdə Qazaxıstanla dostluğumuzun perspektivlərini necə görürsünüz?

- Qazaxlarla azərbaycanlılar arasındakı münasibətlər uzun bir tarixə malikdir, Azərbaycan Qazaxıstan üçün qardaş, dost bir ölkə və Qafqaz bölgəsində əsas tərəfdaşdır. Ölkələrimiz ikitərəfli ticarət və iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verirlər. Hökumətlərarası komissiyası öz fəaliyyətini davam etdirir, mütəmadi olaraq biznes forumları keçirilir. Neft və qaz sahələrində ənənəvi əlaqələr gücləndirilir.

Azərbaycanda Bakının küçələrindən birinə qazax xalqının dahi oğlu, maarifçi və mütəfəkkir Abay Kunanbayevin şərəfinə ad verilib. Almatı şəhərində küçələrdən birinə Azərbaycan xalqının dahi oğlu, şair Məhəmməd Füzulinin şərəfinə ad verilib. Bu yaxınlarda Bakı şəhərində Abay mədəniyyət günü, eyni zamanda Almatı şəhərində məşhur Azərbaycan mütəfəkkiri və şairi İmadəddin Nəsiminin mədəniyyət günü keçirilib. Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri və Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçirilir. Almatı şəhərində Qazaxıstan Milli Universitetində Heydər Əliyev adına muzey açılıb.

Xalqlarımız arasındakı dostluğun xüsusi əlaməti bu idi ki, 2020-ci ilin noyabrında bir neçə qazax politoloq və kinorejissor Azərbaycana gedərək Dağlıq Qarabağdakı müharibədən bəhs edən sənədli film çəkdi. Film Almatıda və Nur-Sultanda nümayiş etdirildi. Filmin müəllifləri Azərbaycanın ədalətli mövqelərini müdafiə etdilər. Bu, xalqımıza olan xüsusi münasibətin və ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinə daha bir töhfənin göstəricisidir.

Qazaxıstanla Azərbaycan arasında anlaşılmazlığa və ya fikir ayrılıqlarına səbəb olacaq heç bir siyasi məsələ yoxdur. İqtisadi əməkdaşlıqda hər şey çox yaxşı gedir, artım var, amma inanıram ki, bu istiqamətdə əməkdaşlıq potensialı tükənməyib və bunun üzərində çalışmalıyıq.

90-cı illərin əvvəllərində ölkələrimiz arasındakı əməkdaşlığın əsası Ulu Öndər Heydər Əliyev və Elbası Nursultan Nazarbayev arasındakı dostluğu olub. Və bu gün bu kurs iki ölkənin prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirilir. Hesab edirəm ki, hazırda Qazaxıstan-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir. Və "Azərbaycanlılar Assosiasiyasının" RİB-in idarə heyətinin rəhbəri olaraq, dost və iqtisadi münasibətlərimizin çiçəklənməsi və daha da möhkəmlənməsi üçün mümkün olan hər şeyi edəcəyəm.
Müsahibəmi yekunlaşdıraraq bildirmək istərdim ki, azərbaycanlılar və qazaxlar milli ruhu dirçəlməlidirlər. Biz qardaş xalqlarıq və həmişə birlikdə olacağıq, hamımız TÜRKÜK!

"Novaya epoxa" qəzeti
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Mübariz Mənsimov azadlığa buraxılıb
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək
Azərbaycan BMT-də qətnamə layihəsi ilə çıxış edəcək
Xəbər lenti
05/03/2021 [16:28]:
Azərbaycanda daha 365 nəfərdə COVID-19 aşkarlanıb- 3 nəfər vəfat edib
05/03/2021 [15:34]:
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 36 %-dək azalıb
05/03/2021 [14:51]:
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
05/03/2021 [14:46]:
YAP İdarə Heyətindən çıxarılanların adı məlum olub - yenilənib
05/03/2021 [14:40]:
Mübariz Mənsimov azadlığa buraxılıb
05/03/2021 [14:19]:
Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
05/03/2021 [14:06]:
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
05/03/2021 [13:59]:
“Alaş” partiyasının lideri Alixan Bukeyxanovun 155 illiyi
05/03/2021 [13:14]:
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək
05/03/2021 [12:23]:
Millimiz Moldovaya böyük hesabla qalib gəldi
05/03/2021 [11:37]:
Azərbaycan BMT-də qətnamə layihəsi ilə çıxış edəcək
05/03/2021 [10:48]:
“Brent” markalı neftin qiyməti 67 dolları keçdi
05/03/2021 [09:54]:
Türkiyədə baş vermiş helikopter qəzasının ilkin səbəbləri açıqlanıb
04/03/2021 [23:58]:
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
04/03/2021 [23:09]:
OPEC+ hasilatın gündəlik 1 milyon barel azaldılması qərarını uzada bilər
04/03/2021 [22:42]:
Əliyev helikopter qəzası ilə bağlı Ərdoğana başsağlığı verib - yenilənib
04/03/2021 [22:12]:
MDB-də İnsan hüquqları üzrə Komissiya yaradılacaq
04/03/2021 [21:29]:
Əfv Komissiyası 100-dən çox müraciətə baxdı
04/03/2021 [20:33]:
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
04/03/2021 [19:42]:
Keçmiş həmsədr: “Üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır”
04/03/2021 [18:58]:
"Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur" - İlham Əliyev
04/03/2021 [18:14]:
Qazaxıstan Azərbaycanın azad olunan ərazilərinin bərpasında iştirak edə bilər
04/03/2021 [18:02]:
Yaponiya səfiri Gəncədə mülki əhaliyə qarşı törədilən terror aktlarını pisləyib
04/03/2021 [17:31]:
Azərbaycanda bir gündə 314 nəfər COVID-19-a yoluxub - 2 nəfər vəfat edib
04/03/2021 [16:56]:
Azərbaycan kubokunda finalın vaxtı dəyişib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Cahangir Əsgərov iki aydır maaş vermir: AZAL-da nə baş verir?
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Исахан Исаханлы – ПОДАРОК (Рассказ)
Hakim dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin