"Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var" - İlham Əliyev

18/01/2021 [16:22] - Siyasət (86)



"Bir də ki, ölkəmizdə islahatlar - kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır. Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Siyasi sabitlik, xalq-iqtidar birliyi, əmin-amanlıq, coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, - bu, çox önəmlidir, - ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər, heç bir ölkə ilə problemin olmaması. 

İndi mən ümid edirəm, müəyyən müddətdən sonra Ermənistan da deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur. Çünki əsas məsələ bunda idi, onlar bizim torpağımızı işğal etmişdilər. Onlar bizə qarşı soyqırımı törədiblər. Onlar bizim şəhərlərimizi yerlə bir ediblər. Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq".

Bu fikirləri Prezident İlham Əliyev Sumqayıtda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

"Ona görə ölkəmizin inkişafı üçün yeni bir dövr başlayıb. Bütün bu amillər ola-ola bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların potensialından istifadə edəcəyik. Orada çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Yəni, bu bölgələr bir çoxlarının fikrinə görə, növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Mən də əlbəttə ki, bu fikri bölüşürəm. 

Sadəcə olaraq, azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin - şəhərsalma, dövlət orqanlarının funksiyaları. 

Çünki bilirsiniz, əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin. Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin", dövlət başçısı bildirib.
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
Liviyalı diplomat: "Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur"
Xəbər lenti
07/03/2021 [23:28]:
Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı
07/03/2021 [22:34]:
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
07/03/2021 [21:43]:
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - rəsmi
07/03/2021 [20:58]:
Bakı yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
07/03/2021 [20:09]:
Vilayət Eyvazov rəisi işdən çıxartdı
07/03/2021 [19:41]:
ABŞ-da COVİD-19-dan ölənlərin sayı 525 min nəfərə çatır
07/03/2021 [18:26]:
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı
07/03/2021 [17:33]:
İsraildə yumşalmanın üçüncü mərhələsi başlayır
07/03/2021 [16:18]:
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanları başa çatıb
07/03/2021 [15:41]:
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
07/03/2021 [14:57]:
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
07/03/2021 [14:03]:
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
07/03/2021 [13:12]:
Rəssam qazi gözündən əməliyyat olunacaq
07/03/2021 [12:28]:
Tvitterin qurucusu ilk tvitini hərraca çıxardı
07/03/2021 [11:37]:
“Diriliş Ərtuğrul”un ssenaristi: "Azərbaycan türk dünyasının sənət mərkəzidir"
07/03/2021 [10:55]:
Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
07/03/2021 [10:46]:
“Qalatasaray” yenidən İtaliya millisinin sabiq hücumçusunu istəyir
07/03/2021 [10:09]:
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
07/03/2021 [09:44]:
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə zirvə görüşü keçiriləcək
07/03/2021 [08:33]:
Bu gün 3254 şagird üçün buraxılış imtahanı keçirilir
06/03/2021 [23:28]:
ÜST: Bir gündə 353 mindən çox şəxsdə COVID-19 aşkarlanıb
06/03/2021 [22:37]:
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
06/03/2021 [21:42]:
Ermənistan müxalifəti yenidən ölkə prezidenti ilə görüşəcək
06/03/2021 [20:01]:
Əcnəbi diplomatlar işğaldan azad olunmuş torpaqlara növbəti dəfə səfər ediblər
06/03/2021 [19:16]:
Hava şəraitinə görə gəmilərin hərəkət təhlükəsizliyi gücləndirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
Mübariz Mənsimov azadlığa buraxılıb
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
BƏƏ qadınları uğurlu iş qadınlarıdır
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin