Dünyada vaksinasiya genişlənir - Yoluxmalar 95 milyonu, ölü sayı isə 2 milyonu keçib

18/01/2021 [13:45] - Dünya (75)



Dünyada koronavirus pandemiyasının zərbə vurduğu bir çox ölkələr vaksinasiya kampaniyalarını genişlənir. Braziliyada, Hindistanda ilk peyvəndlər vurulub, Rusiya proqramı sürətləndirir.

Avropa hökumətləri təchizatdakı çatışmazlıqla bağlı narahatlığı səngitməyə çalışırlar. Birləşmiş Ştatlarda isə aparıcı infeksionist deyib ki, bir neçə həftəyə yeni vaksinlər təsdiqlənəcək.

Yanvarın 17-də Sao Pauloda reanimasiyada çalışan 54 yaşlı tibb bacısına Çinin “CoronaVac” vaksini vurulub. Oksford Universiteti ilə "AstraZeneca" şirkətinin hazırladığı vaksinə də bu ölkədə yaşıl işıq yandırılıb.

Hindistan, Rusiya

1.4 milyard əhalisi olan Hindistanda da bazar günü peyvəndləmə başlanıb. Səhiyyə Nazirliyi 224 mindən çox şəxsə birinci dozanın vurulduğunu açıqlayıb.

Rusiyada isə yanvarın 18-dən kütləvi immunlaşdırma başlanır. Prezident Vladimir Putin ötən həftə rəsmilərə peyvəndləməni rusiyalıların hamısı üçün açıq etmək göstərişi verib. Rusiyalılar ölkədə hazırlanmış iki vaksin – "Sputnik V", yaxud "EpiVacCorona" arasında seçim edəbilərlər. Yanvarın sonunadək 2.1 milyon vaksinin paylanacağı gözlənir.

Fransada yaşı 75-dən yuxarı olanlara peyvənd vurulmasına başlanır, bu arada ölkədə prosesin ləng getməsilə bağlı tənqidlər səslənir. İspaniyada isəəsasən qocalar evləri sakinləri və işçilərinə ikinci dozanın vurulması davam edir.

Avropa Birliyində "Pfizer-BioNTech" vaksininin çatdırılmasında yubanmanın peyvəndləməni daha da səngidəcəyi sarıdan narahatlıq var. Bəzi ölkələrdə prosesin Birləşmiş Ştatlar, yaxud Britaniya ilə müqayisədə ləng getməsi tənqid olunur. Dünyada təsdiqlənmiş yoluxmalar 95 milyonu, ölü sayı isə 2 milyonu keçib.

ABŞ və digər ölkələr

Birləşmiş Ştatlarda indiyədək 24 milyonadək yoluxma, 400 minə yaxın ölüm təsdiqlənib. Braziliya isə COVID-19 statistikasına görə ikinci yerdədir, 8.4 milyon yoluxma, 210 minə yaxın ölüm aşkarlanıb. Hindistan 10.5 milyon yoluxma və 152 mindən artıq ölümlə üçüncü yerdədir. Yanvarın 20-də prezident andı içəcək Co Bayden vəzifəsinin ilk 100 günündə 100 milyon vaksin dozasının vurulmasını qarşısına məqsəd qoyub. Yoluxucu xəstəliklər üzrəəsas ekspert, Baydenin COVID-19 üzrə baş müşaviri olacaq Entoni Fauçi bu hədəfə çatmağın mümkün olduğunu deyib.

“Bu məqsədin mümkünlüyü tamamilə aydındır, buna şübhə ola bilməz”, – Fauçi NBC-yə bildirib. Onun sözlərinə görə, "Johnson & Johnson" və AstraZeneca-nın peyvəndlərinin də tezliklə təsdiqlənəcəyini gözləyir. Yanvarın 18-dən Azərbaycanda da vaksinasiya başlayıb. İlk doza səhiyyə naziri oqtay Şirəliyevə və TƏBİB-in sədri Ramin bayramlıya vurulub.

Qadağalar qüvvədə qalır

İndiliksə bir çox ölkələrdə karantin, komendant saatları, fiziki məsafə qaydaları qüvvədə qalır.Avstriyada üçüncü karantin daha iki həftəliyə – fevralın 8-cən uzadılıb. Ölkədə yeni ştammın yayılmasıyla bağlı narahatlıq var. Yanvarın 18-dən İsveçrə və İtaliya da qadağaları sərtləşdirir. Britaniyaya gedənlər karantinə alınır və mənfi test nəticələri tələb olunur.

Oman quru sərhədlərini iki həftəliyə bağlayır. Avstraliya isə yanvarın 18-də bəyan edib ki, beynəlxalq sərhədlər bu il boyunca ziyarətçilərin üzünə qapalı qala bilər. (azadliq.org)
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
Liviyalı diplomat: "Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur"
Xəbər lenti
07/03/2021 [23:28]:
Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı
07/03/2021 [22:34]:
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
07/03/2021 [21:43]:
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - rəsmi
07/03/2021 [20:58]:
Bakı yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
07/03/2021 [20:09]:
Vilayət Eyvazov rəisi işdən çıxartdı
07/03/2021 [19:41]:
ABŞ-da COVİD-19-dan ölənlərin sayı 525 min nəfərə çatır
07/03/2021 [18:26]:
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı
07/03/2021 [17:33]:
İsraildə yumşalmanın üçüncü mərhələsi başlayır
07/03/2021 [16:18]:
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanları başa çatıb
07/03/2021 [15:41]:
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
07/03/2021 [14:57]:
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
07/03/2021 [14:03]:
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
07/03/2021 [13:12]:
Rəssam qazi gözündən əməliyyat olunacaq
07/03/2021 [12:28]:
Tvitterin qurucusu ilk tvitini hərraca çıxardı
07/03/2021 [11:37]:
“Diriliş Ərtuğrul”un ssenaristi: "Azərbaycan türk dünyasının sənət mərkəzidir"
07/03/2021 [10:55]:
Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
07/03/2021 [10:46]:
“Qalatasaray” yenidən İtaliya millisinin sabiq hücumçusunu istəyir
07/03/2021 [10:09]:
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
07/03/2021 [09:44]:
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə zirvə görüşü keçiriləcək
07/03/2021 [08:33]:
Bu gün 3254 şagird üçün buraxılış imtahanı keçirilir
06/03/2021 [23:28]:
ÜST: Bir gündə 353 mindən çox şəxsdə COVID-19 aşkarlanıb
06/03/2021 [22:37]:
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
06/03/2021 [21:42]:
Ermənistan müxalifəti yenidən ölkə prezidenti ilə görüşəcək
06/03/2021 [20:01]:
Əcnəbi diplomatlar işğaldan azad olunmuş torpaqlara növbəti dəfə səfər ediblər
06/03/2021 [19:16]:
Hava şəraitinə görə gəmilərin hərəkət təhlükəsizliyi gücləndirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
Mübariz Mənsimov azadlığa buraxılıb
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
BƏƏ qadınları uğurlu iş qadınlarıdır
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin