Macarıstan gələcəkdə Azərbaycan qazını qəbul etməyə hazırdır.
Belə bir bəyanatla Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Beynəlxalq Enerji üzrə komissarı D. Sombori çıxış edib.
Onun sözlərinə görə, Macarıstanın strateji marağı enerji idxalı marşrutlarının və mənbələrinin şaxələndirilməsidir. Bu mənada Azərbaycan qazı ölkə üçün çox faydalı olacaq.
"Biz gələcəkdə enerji daşıyıcılarının balansında Azərbaycan qazının nəqlini nəzərə almaqda maraqlıyıq", - deyə xanım komissar bildirib.