Baş nazir Şri Narendra Modi bu gün video-konfrans vasitəsilə Hindistanda Covid-19 əleyhinə vaksinasiya kampaniyasını başladıb.
İstiqlal.az xəbər verir ki, bu bütün ölkə ərazisini əhatə edən dünyanın ən geniş vaksinasiya proqramıdır. Vaksinasiyanın başladılması zamanı Hindistanın bütün ştatlarından və ittifaq ərazilərindən ümumilikdə 3,006 peyvəndləmə mərkəzi virtual şəkildə birləşdirilib.
Baş nazir çıxışına peyvəndlərin hazırlanmasında iştirak edən elm adamlarına təşəkkür etməklə başlayıb. O bildirib ki, “adətən peyvəndin hazırlanması üçün illər tələb olunur, lakin belə qısa müddətdə bir yox, iki Hindistan istehsalı peyvənd buraxılıb.” Baş nazir əhalini peyvəndin hər iki dozasını qəbul etməyi unutmamaq üçün diqqətli olmağa çağırıb. O qeyd edib ki, dozalar arasında bir ay fasilə olacaq. Baş nazir əhalini peyvənddən sonra da qorunmağa çağırıb, çünki ancaq ikinci dozanı qəbul etdikdən iki həftə sonra insan orqanizmində koronavirus əleyhinə zəruri immunitet yaranacaq.
O, vaksinasiya kampaniyasının miqyasını diqqətə çatdıraraq proqramın birinci mərhələsində 30 milyon insana peyvənd vurulacağını və bu rəqəmin dünyanın ən azı 100 ölkəsinin əhalisindən çox olduğunu qeyd edib. O, ikinci mərhələdə bu rəqəmin 300 milyona çatdırılacağını, yaşlılara və ciddi sağlamlıq problemləri olan şəxslərə peyvənd vurulacağını deyib. Baş nazir ancaq 3 ölkənin, Hindistan, ABŞ və Çinin əhalisinin 300 milyondan çox olduğunu qeyd edib. O, vətəndaşları hər hansı konspirologiyaya və şayiələrə inanmağa çağırıb, vurğulayıb ki, Hindistanın tibb sistemi, peyvənd üzərində işləyən alimləri və bu sahədə Hindistan fəaliyyəti və təşkilati mexanizmi beynəlxalq səviyyədə etibara malikdir və bu etibar davamlı uğurlar sayəsində qazanılıb.
Baş nazir ölkə əhalisini koronavirisa qarşı vahid və cəsur mübarizəyə görə təbrik edib. Hindistanın Korona ilə mübarizəsini özünə inam və etimad adlandırıb. O, hər bir Hindistanlıda özünə inamın zəifləməsinin qarşısını almaq qətiyyətini vurğulayıb. 2020-ci il yanvarın 30-da ölkədə ilk yoluxma halının qeydə alınmasından iki həftə əvvəl Hindistanda yüksək səviyyəli komitə yaradılıb. Hindistan düz bir il əvvəl müvafiq müşahidə-nəzarətə başlayıb.2020-ci il 17 yanvarda Hindistan ilk tövsiyələri dərc etdirib və hava limanlarında sərnişinlərin hərarətlərini yoxlama sistemi quraşdıran ilk ölkələrdəndir.