Turizm sənayesi bərpa dövrünə hazırlaşır

15/01/2021 [16:15] - İqtisadiyyat (97)



“Turizm azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələrindən biri olacaq”. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2020-ci ildə görülən işləri ilə bağlı yekun hesabat tədbirində çıxış edərkən bildirib.

Fuad Nağıyev turizm sənayesinin il ərzində çətin dövrdən keçdiyini bildirib. Qeyd edib ki, ilin sonunda Ali Baş Komandanın rəhbərliyi, Şanlı Ordumuzun qələbəsi ilə torpaqlarımızın azad edilməsi hər kəsə çətinlikləri unutdurub: “Bildiyiniz kimi, cənab Prezident son çıxışında azad olunmuş torpaqlarda əsas fəaliyyət sahələri kimi kənd təsərrüfatı və turizm sahəsini qeyd etdi. Cənab Prezidentin vurğuladığı kimi, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var. Bu potensial imkan verir ki, biz oranı Azərbaycanın əsas turizm zonalarından birindən çevirək.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov öz çıxışında işğaldan azad edilmiş torpaqlarımızda kiçik və orta biznesin və turizm sektorunun inkişafı üçün geniş imkanların mövcud olduğunu, KOBİA olaraq bu ərazilərə yerli və xarici investisiyaların cəlb edilməsi, əlaqələndiriməsinin həyata keçirilməsinə, zəruri dəstəyin verilməsinə və birgə əməkdaşlığa hazır olduqlarını bildirib: “Qarabağın turizm sektorunun inkişafı üçün birgə çalışmalıyıq. Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə Qarabağı turizm destinasiyası kimi təşviq etmək çox vacibdir. Həmin ərazilərdə turizmin dirçəldilməsi üçün ATAA tərəfindən yeni biznes imkanlarının araşdırılması, təkliflərin verilməsi və sahibkarların bu işlərə cəlb edilməsi öz töhfəsini verəcək”. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli turizmin həm postpandemiya, həm də müharibədən sonrakı dövrdə iqtisadiyyatın qeyri-neft sektorunun vacib sahəsi olacağını deyib. O, yeni “Turizm haqqında Qanun”a baxılmasının sürətləndirilməsinin önəmini qeyd edib və yeni qanunun Milli Məclisin 2021-ci ilin yaz sessiyasında müzakirəyə çıxarılacağı haqqında məlumat verib.

Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid turizm sənayesini post-pandemiya dövrünə hazırlamaq üçün həyata keçirilən tədbirlər haqqında danışıb. F. Zenqstşmid, həmçinin Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdə gəlmə turizmi ilə məşğul olan şirkətlərin postpandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq, həmçinin bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədilə həyata keçirilən rəqəmsallaşdırma proqramının prioritet oduğunu və  2021-ci ildə həyata keçiriləcəyini bildirib: “Ümid edirik ki, vaksinləşmənin qlobal olaraq başlaması ilə sərhədlər tezliklə açılacaq. O vaxta qədər 2021-ci ildə əsas diqqətimiz daxili turizm və Qarabağın turizm potensialının inkişaf etdirilməsinə yönələcək. Biz ümid edirik ki, mərhələli şəkildə beynəlxalq səyahətlər yenidən başlayacaq, biz isə yerli sənaye tərəfdaşlarımızın yenidən beynəlxalq platformalarda iştirak edərək Azərbaycanı xaricdə təbliğ etməsi işinə dəstək verəcəyik. Çünki biz ancaq birlikdə gözəl ölkəmizi dünya səyahətçilərinin birinci sırada olan seçimlərindən edə biləcəyik”. 

Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Mübariz Mənsimov azadlığa buraxılıb
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək
Azərbaycan BMT-də qətnamə layihəsi ilə çıxış edəcək
Xəbər lenti
05/03/2021 [18:02]:
Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edilib
05/03/2021 [17:16]:
Ermənistan "Avroviziya-2021" müsabiqəsində iştirak etməyəcək
05/03/2021 [16:28]:
Azərbaycanda daha 365 nəfərdə COVID-19 aşkarlanıb- 3 nəfər vəfat edib
05/03/2021 [15:34]:
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 36 %-dək azalıb
05/03/2021 [14:51]:
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
05/03/2021 [14:46]:
YAP İdarə Heyətindən çıxarılanların adı məlum olub - yenilənib
05/03/2021 [14:40]:
Mübariz Mənsimov azadlığa buraxılıb
05/03/2021 [14:19]:
Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
05/03/2021 [14:06]:
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
05/03/2021 [13:59]:
“Alaş” partiyasının lideri Alixan Bukeyxanovun 155 illiyi
05/03/2021 [13:14]:
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək
05/03/2021 [12:23]:
Millimiz Moldovaya böyük hesabla qalib gəldi
05/03/2021 [11:37]:
Azərbaycan BMT-də qətnamə layihəsi ilə çıxış edəcək
05/03/2021 [10:48]:
“Brent” markalı neftin qiyməti 67 dolları keçdi
05/03/2021 [09:54]:
Türkiyədə baş vermiş helikopter qəzasının ilkin səbəbləri açıqlanıb
04/03/2021 [23:58]:
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
04/03/2021 [23:09]:
OPEC+ hasilatın gündəlik 1 milyon barel azaldılması qərarını uzada bilər
04/03/2021 [22:42]:
Əliyev helikopter qəzası ilə bağlı Ərdoğana başsağlığı verib - yenilənib
04/03/2021 [22:12]:
MDB-də İnsan hüquqları üzrə Komissiya yaradılacaq
04/03/2021 [21:29]:
Əfv Komissiyası 100-dən çox müraciətə baxdı
04/03/2021 [20:33]:
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
04/03/2021 [19:42]:
Keçmiş həmsədr: “Üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır”
04/03/2021 [18:58]:
"Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur" - İlham Əliyev
04/03/2021 [18:14]:
Qazaxıstan Azərbaycanın azad olunan ərazilərinin bərpasında iştirak edə bilər
04/03/2021 [18:02]:
Yaponiya səfiri Gəncədə mülki əhaliyə qarşı törədilən terror aktlarını pisləyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Cahangir Əsgərov iki aydır maaş vermir: AZAL-da nə baş verir?
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Исахан Исаханлы – ПОДАРОК (Рассказ)
Hakim dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin