2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil

13/01/2021 [16:01] - Cəmiyyət (130)



Şəhid və qazi ailələrinin sosial təminatı yaxın dövr üçün ən aktual problemlərdən biri olaraq qalacaq. Bu da təbiidir. Vətən uğrundan canından və sağlamlığından keçən şəxslərin ailələləri hərtərəfli dövlətin himayəsində olmalıdır və bütün dünyada bu belədir. 

Dövlət qurumlarının ilkin davranışları pozitivdir. İlkin mərhələdə prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlilləri üçün təqaüdlərin məbləğini ciddi şəkildə artırması təqdirəlayiqdir və 4150 ailəni əhatə edir.

Müdafiə Nazirliyinin son məlumatına görə, 2841 nəfər şəhid olub 1245 nəfər yaralanıb və hazırda müalicə alır, 64 nəfər isə itkin düşüb.  Təbii ki, bu ailələrinin hər birinin sosial müdafiəsi dövlətin nəzarətində olmalıdır. Bu baxımdan məcburi köçkünlər üçün tikilən evlərin şəhid və qazi ailələrinə verilməsi çox düzgün qərardır. 

Başqa addımlar da təqdirəlayiqdir.  Məsələn,  prezidentin fərmanı ilə Vətən Müharibəsi Qəhrəmanlarına 2000 manat məbləğində prezidentin aylıq təqaüdü təsis olunması çox yaxşıdır. Bu məbləğ qəhrəman ailəsinin orta təminatının təmin olunması deməkdir. Eyni zamanda müharibə , 20 yanvar iştirakçılarının, eləcə də, Çernobl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin təqaüdlərinin orta hesabla 50 faiz artırılıb - I dərəcəli əlillərin təqaüdü - 250 manatdan 400 manata, II dərəcə üçün 230 manatdan 350 manata, III dərəcə üçün - 210 manatdan 300 manata çatdırılıb. Bununla yanaşı, bu qruplar təqaüdlə yanaşı pensiya da alırlar. Btün bunlar müharibədə sağlamlığını itirmiş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılmasını göstərir. 

Bu arada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının, rəhbər vəzifələrdə işləyənlərin şəhid ailələrinin, yaralanmış qazilərin evlərinə gedərək görüşmələri, onlara bu qədər yaxın olmaları dövlət qulluğu sferasında əhaliyə münasibətdə müsbət mənada çox ciddi bir keyfiyyət dəyişikliyindən xəbər verir. Yəni artıq məmurların qapısına getmirlər, məmurlar özləri vətəndaşların, həssas qrupların qapısını döyür, dərdlərini dinləyir, öz köməkliklərini göstərir. Bu praktikanı geniş yaymaq lazımdır.

Təbii ki, şəhid və qazi ailələrinin problemi çoxdur. Bu problemlərin həllinə başqa dövlət qurumları (ilk növbədə səhiyyə nazirliyi və rayon icra hakimiyyətləri) da cəlb olunmalıdır. Hər bir şəhid və yazi ailəsinin problemi fərdidir və fərdi yanaşa yolu ilə də məsələ həllini tapmalıdır. 

Qadir İBRAHİMLİ

Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Azərbaycanda bu gündən transfer pəncərəsi açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin