Şəhid və qazi ailələrinin sosial təminatı: reallıqlar və problemlər

08/01/2021 [15:53] - Gündəm (292)



2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə prezident İlham Əliyevin sosial sektorla bağlı müəyyən mesajlar verdi.  Dövlət başçısı həm koronavirusla bağlı sərt karantin rejimindən əziyyət çəkən insanlara, həm də 2-ci Qarabağ müharibəsinin iştirakçılarına edilən və ediləcək dəstəkləri açıqlayıb.
 
Prezident bildirib ki, koronavirusla mübarizəyə milyardlarla manat xərclənib. Eyni zamanda müharbə xərcləri qarşılanıb, bununla belə, şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb, orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıb. Yəni, bütün bunlar böyük maliyyə yüküdür və sərt karantin rejiminin iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq dövlət bu xərcləri qarşılaya bilib. 
 
Dövlət başçısı şəhid ailələrinin mənzillə təminatına da toxunub. O deyib ki, bu il biz şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsini təmin etməliyik: "Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Keçən il 1500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu. Əmək və əhalinin sosial müdafiəsi naziri bu yaxınlarda mənə məruzə edib ki, yanvarın 15-dək bu 1500 ailə evlərlə təmin olunacaq. Bu proqram bu il də davam etdirilməlidir. Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəkdir".

Çox yaxşı haldır ki, 2-ci Qarabağ savaşının şəhidlərinin ailələrinə mənzillərin verilməsi çox qısa zaman kəsiyində həllini tapacaq. Çünki məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. 

Prezident bildirib ki,  Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına veriləcək. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. 

Təbii ki, rasional yanaşmadır. keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır. Bu qərar hesabına şəhid ailələrinin mənzil təminatı çox yaxın müddətdə və birdəfəlik həllini tapacaq.

Müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında da sosial sektorun bəzi mühüm aspektləri əksini tapıb: "2020-ci ildə bütün sosial ödənişlər vaxtında və tam şəkildə həyata keçirilib, bütün pensiyalar ölkə üzrə 16,6 faiz indeksasiya olunaraq artırılıb. Ümumilikdə 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20 faiz artıb.  Prezidenttəqaüdləri 25 faiz, sosial müavinətlər 15 faiz artıb və ümumilikdə bu ödənişlər 2 milyondan çox vətəndaşı əhatə edib. Orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq 330 manata çatıb.

Nazirin sözlərinə görə, ünvanlı sosial yardım mexanizminin də əhatə dairəsi genişləndirilib. 2020-ci ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilib. Bu, 2019-cu illə müqayisədə 19 min nəfər çoxdur və 15 faizlik artımla orta aylıq ödənilən məbləğ 240 manata çatıb. Bütün sosial ödənişlərin həyata keçirilməsində avtomatlaşdırma, elektronlaşdırma tədbirləri görülür, vətəndaş-məmur təması minimuma endirilir və bunun nəticəsində 2020-ci ildə artıq həm müavinət və təqaüd, həm də pensiyalar üzrə 95 min təyinat məhz elektron portal üzərindən hər hansı bir təmas olmadan həyata keçirilmişdir.

S.Babayev bildirib ki, İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də mexanizmlər hazırlanıb. Şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər, milli qəhrəmanların təqaüdləri 1800 manata qədər artırılıb. Eyni zamanda yeni bir təqaüd - Vətən Müharibəsi Qəhrəmanına prezident təqaüdü təsis olunmuş, onun da məbləği 2000 manat olaraq müəyyən edilmişdir.  Təqaüdlərin artırılması, ümumilikdə 100 minədək insanı əhatə edir.

Nazirin sözlərinə görə, İkinci Qarabağ müharibəsi döyüşlərində iştirak edən və ya şəhid olan vətəndaşlarımızın ailələri ilə bağlı son bir ayda görülmüş işlər 7 min şəxsi əhatə edib: "300 şəxsə sosial ödənişlər təyin olunub.  2000 şəhid ailəsi və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilib, 2700 nəfərə isə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib. Əlavə olaraq mülki şəhidlərimizin sosial ödənişlərinin hamısı prioritet qaydada tam şəkildə təmin olunmuş, onlara sosial-psixoloji reabilitasiya xidmətləri təqdim edilmişdir. Bu məqsədlə xüsusi işçi qrupu yaradılıb. İşçi qrupunda bütün aidiyyəti dövlət qurumlarının üzvləri var və əlaqələndirilmiş iş nəticəsində şəhid ailələrinin, müharibədə yaralanan şəxslərin, müharibə iştirakçılarının sosial təminatı, sosial ödənişləri, məşğulluq tədbirləri sürətlə aparılır".

Təbii ki, sosial sektorda, xüsusilə də şəhid və qazi ailələri ilə bağlı proqramlar təqdirəlayiqdir və davamlı olaraq həyata keçirilməlidir. Bu baxımdan müşavirədə səslənən fikirlər normaldır. Ancaq şəhid və qazi ailələinin sosial müdafiəsinin təminatı təkcə bir nazirliyin yox, bütün dövlət qurumlarının, xüsusilə də yerli icra hakimiyyətlərinin və bələdiyyələrin öhdəsinə düşür.  Bu baxımdan prezidentin sərəncamı ilə rayon icra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılması çox vacib qərarardır. Yəni söhbət təkcə şəhid və əlil ailərindən yox, bütövlükdə müharibə iştirakçılarndan getməlidir. 

Qadir İBRAHİMLİ
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycanda bu gündən transfer pəncərəsi açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin