“Mandarin LTD”nin pulu oğurladılar - sahibini də şantaj edirlər

28/12/2020 [13:28] - Gündəm (471)



“Dekabrın 12-də bizim şirkətin ofisinin binasındakı seyfi sındırmaqla 89 min manat oğurlanıb. Dekabrın 13-də oğurluq haqda biləndən dərhal sonra polisə məlumat verdik. Sağ olsunlar, işə peşəkar yanaşdılar, tez bir zamanda oğruların izinə düşdülər. Beyləqanın 1-ci Şahsevən kəndində yaşayan İlkin Nərimanov və Vaqif Pənahlı tutuldular. Məlum oldu ki, Vaqif Pənahlı seyfdən pulu oğurlayaraq İlkin Nərimanova verib. Polis İlkin Nərimanovun yaşadığı ünvana baxış keçirdi, döşəmənin altında selofan paketdə oğurlanan məbləğin bir qismini - 41 min manat və 1 680 ABŞ dolları maddi sübut kimi götürüldü. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlandı” – “Mandarin LTD”nin icraçı direktoru Oktay Kərimli belə deyir. 

Onun sözlərinə görə polisin tez bir zamanda işin üstünü açması onları sevindirib. Lakin sonra baş verənlər LTD rəhbərliyini daxili işlər naziri Vilayət Eyvazova və baş prokuror Kamran Əliyevə şikayət etməyə məcbur edib: “Vaqif  Pənahlını həbs etsələr də, onunla əlbir olan, oğurluğa birgə gələn İlkin Nərimanovu bu günə qədər həbs etmirlər. Ümumiyyətlə bu işdə əli olan digər şəxslərin də istintaqa cəlb olunmasından bilərəkdən yayınırlar. Belə ki, istintaq zamanı “Mandarin LTD” MMC-nin inzibati binasının 2-ci mərtəbəsində yerləşən dəmir seyfin qapısının sındırılaraq açıldığı müəyyən olunub. Üzə çıxıb ki, həmin gün Vaqif Pənahlı və İlkin Nərimanov ofis binasının mühafizəçisi Qüdrət Ərşad oğlu Əliyevin diqqətini yayındırmaq üçün plan qurublar. Plana görə İlkin Nərimanov araq və kolbasa, çörək alaraq mühafizəçinin yanına gəlib. Onunla birgə yeyib-içiblər. İçki məclisi zamanı mühafizəçi Qüdrət Əliyev qarşısındakı monitorda kameralarla ofisə nəzarəti unudub. Həmin vaxt ofisə çox yaxşı bələd olan Vaqif Pənahlı 2-ci mərkəbədəki seyfi açaraq oradan 89 min manatı oğurlayıb. Bundan sonra oğurlanan məbləği bölüşdürüblər. 

Polisə oğurluq haqda müraciətdən sonra faktla bağlı Beylaqan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində CM-nin 177.3.2-ci (külli miqdarda oğurluq)maddəsi ilə 200310102 nömrəli cinayət işi başlanıb. Müstəntiq Şamo Meydiyev icraçı direktor Oqtay Seymur oğlu Kərimlini zərərçəkmiş şəxs qismində tanıyıb. 

Zərərçəkmiş istintaqa bildirib ki, oğurluq baş verən gün LTD-nin xəzinədarı Niyammədin Süleymanov arasında təhvil təslim işləri aparılıb. Günün sonunda hər 2 vəzifəli şəxs xəzinədə olan vəsaitlərin hesabatına imzalar atıb. Həmin gün 8 səhifədən ibarət xəzinənin hesabatı - hərəkət raportu hazırlanaraq 89 min 160 manat məbləğində pul vəsaitinin mədaxil – depozit olmasına dair imza atıblar və  “Mandarin LTD”-nin möhürü vurulub. Zərərçəkən deyib ki, dövriyyə göstəriciləri daim vergi orqanına verilən hesabatla da tam təsdiqini tapır. Bununla belə istintaq orqanı naməlum səbəbdən oğurluq məbləğinin az göstərilməsinə maraq göstərir və İlkin Nərimanovu həbsdən yayındırır. Belə təqdim olunur ki, guya İlkin Nərimanovun niyyəti tamah məqsədi ilə oğurluq olmayıb. 

Sual yaranır: 

İlkin Nərimanovun niyyəti oğurluq olmayıbsa, nə olub? 

İlkin Nərimanov Vaqif Pənahlının verdiyi pulun mənbəyini bilmirdisə, niyə aparıb evində döşəmənin altında gizlədib? 

Onun oğurluqda birbaşa iştirakı göz qabağındadır və pulun mənbəyini də bilib. Ortada onu istintaqdan yayındırmaq və pulun qalan hissəsinə, əgər mümkün olsa, tam hissəsinə sahib çıxmaq niyyəti görünür.  

Məsələnin digər tərəfi də var. Vaqif Pənahlı özünü  istintaqa iş adamı kimi tədqim edib, guya özünün “Sofline” mebel salonu olduğunu deyib. 

Faktiki isə o, Oktay Kərimli ilə uşaqlıq dostu olub. Usta olduğundan ara-sıra muzdla Vaqif Pənahlı “Mandarin LTD” MMC-nin mərkəzi ofisində və bütün mağazalarında xırda təmir işləri görüb. Həmin işləri gördüyü zamanlarda LTD-nin kamera sistemi, elektrik şəbəkəsi barədə məlumatlı olub. Vaqif Pənahlını o qədər inam qazanıb ki, “Mandarin LTD” MMC-də onu tikinti işləri üzrə iş icraçısı kimi işə götürmək və xidməti avtomobillə təmin etmək haqda düşünüblər. 

Belə bir vaxtda oğurluq baş verib. Cinayət hadisəsini xronoloji addımlarından aydın olduğu kimi, bu bir qrup şəxsin qabaqcadan əlbir olaraq törətmiş olduğu cinayətdir. Belə ki, Vaqif Pənahlı və İlkin Nərimanov  “Mandarin LTD” MMC-nin inzibati binasının mühafizəçisi Qüdrət Əliyevin başını qatmaq üçün ona kolbasa və araq alaraq əvvəlcədən düşünülmüş şəkildə onu spirtli içki içirdərək sərxoş edəndən sonra cinayəti törədiblər. 

Belə olduqda istintaqın İlkin Nərimanovun niyyəti ilə bağlı səhv qənaətə gəlməsi başa düşülmür. İlkin Nərmanovun əməlində 177.3.2.-ci maddəsinin əlamətlərinin olmasını istisna edən hallar yoxdur. Bundan başqa İlkin Nərimanovun evindən götürülən 41 min 750 manat və 1600 ABŞ dollarını istintaq orqanı qanunsuz olaraq özündə saxlayır. Cinayət Prosesual Məcəlləsinin tələbinə əsasən həmin pullar banka qaytarılmır.

Zərərçəkən bildirir ki, paralel olaraq mətbuatda LTD-yə qarşı qaralama kampaniyası da aparılır: 

“Cənab nazir, hörmətli baş prokuror!

1 məram və niyyətləri var – istəyirlər ki, biz oğurlanmış 89 min manatı tələb etməyək və oğruluqda iştirak edənlər istintaqdan kənar qalıb öz çirkin niyyətlərini davam etdirsinlər. Ona görə də oğurluqdan az sonra barəmizdə  və cinayətlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymağa başladılar. Bu cür qaralama kampaniyası üzərindən bizi oğurlanmış 89 min manatdan imtina etməyə məcbur etmək istəyirlər. Şantaj xarakterli fəaliyyətlə məşğul olurlar. Yazırlar ki, guya vergidən yayınırıq. Biz də vergi orqanını dəvət edib fəaliyyətimizi bir də araşdırılmasını tələb edirik. 
Biz vətənimizi sevən, dövlətimizə hər cür dəstək verən iş adamlarıyıq. Dövlətə vergi verməyimizlə fəxr edirik. Belə qaralama kampaniyaları bizə yapışmaz. 

Cənab nazir, hörmətli baş prokuror!

Azərbaycanda qanunçuluğun keşiyində dayanan vəzifəli şəxslər kimi sizlərdən xahiş edirik ki, LTD-dən 89 min manatın oğurlanması ilə əlaqəli başlanmış cinayət işi Beyləqan Rayon Polis Şöbəsindən alınaraq nəzarətə götürülməklə digər bir istintaq orqanında istintaqı təmin edilsin. Maddi sübut kimi İlkin Nərimanovun evində döşəmənin altından götürülən pul vəsaiti hesabımıza qaytarılsın. O da bildirək ki, bu gün 60 nəfərə yaxın işçilərin əmək haqqı ödənilməlidir. Məlum pandemiya ilə əlaqədar hazırda işçilərin əmək haqqını ödəməkdə çətinlik çəkirik. Xahiş edirik ki, hazırda istintaq orqanında maddi sübut kimi saxlanılan pul bank hesabına qoyulmadan bizə qaytarılsın”.

Qeyd edək ki, “Mandarin LTD” MMC 44 günlük Vətən Müharibəsi günlərində orduya yardım kampaniyasında fəal iştirak edib. Bu haqda sosial şəbəkələrdə bəs deyincə məlumat, videolar da yer alıb. Həmin videolardan birini və 89 min manat oğurlanmış məbləğin seyfdə olmasını təsdiq edən hesabatı da təqdim edirik.
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Xəbər lenti
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Azərbaycanda bu gündən transfer pəncərəsi açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin