Devalvasiya riski: real və nəzəri aspektlər

23/12/2020 [14:59] - İqtisadiyyat (415)



2021-ci ilin ilin dövlət büdcəsi layihəsinin layihəsinin əsas parametrləri açıqlanıb. Artıq ikinci dəfə Maliyyə Nazirliyi tərəfindən büdcə müzakirələrində ictimai iştirakçılığın təşviqi, büdcəöncəsi debatların və açıq müzakirələrin başlamasına imkanın yaradılması məqsədilə sentyabrın 1-də, büdcə müzakirələri başlamamışdan qabaq “Dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” - “İlkin Büdcə Bəyanatı” yayımlanıb.

Sənəddə ortamüddətli dövr üzrə makroiqtisadi proqnozlar, büdcə-vergi siyasətinin əsas istiqamətləri, dövlət borcu üzrə məlumatlar və s. ilə yanaşı, icmal və dövlət büdcəsinin 2021-ci il və sonrakı üç il üzrə əsas parametrləri öz əksini tapmışdır.

Ümumiyyətlə, qarşıya qoyulan əsas strateji hədəflərin büdcə vasitəsilə reallaşdırılması zamanı maliyyə-iqtisadi imkanlara mümkün neqativ təsirlərin minimuma endirilməsi üçün risklərin qiymətləndirilməsi və idarəedilməsi daim diqqət mərkəzində olmalıdır. Maliyyə Nazirliyinin yayımladığı növbəti ilin büdcə layihəsinin izahatında da manatın məzənnəsinin xarici valyutalara qarşı dəyərdən düşməsi büdcə xərclərinin, xüsusilə də xarici borca xidmətlə bağlı xərclərin artımına səbəb ola biləcək risklərdən biri kimi qeyd edilib. Kifayət qədər ciddi təhlil sənədi olan bu izahatda belə risk qiymətləndirmələrinin aparılması və qeyd edilməsi mütərəqqi təcrübədir, hətta beynəlxalq təşkilatların tövsiyyələrində də öz əksini tapır.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, məzənnə siyasətinin həyata keçirilməsi Maliyyə Nazirliyinin səlahiyyətinə aid olmadığından bunun baş vermə ehtimalı haqqında da nazirlik tərəfindən heç bir rəy verilə biməz. Bu sənəddə də sadəcə olaraq risk amillərinin büdcə parametrlərinə təsiri təhlil edilib, onların baş vermə ehtimalı qeyd edilməyib. 

Maliyyə Nazirliyi sənədin “Fiskal risklər” bölməsində manatın məzənnəsinin dəyərdən düşməsi ilə yanaşı, neftin qiymətinin dəyişməsinin, eləcə də digər makroiqtisadi göstəricilərin dəyişməsinin büdcənin gəlir və xərclərinə mümkün təsirlərini təhlil edib, potensial riskləri qeyd edib.  Ancaq bu məlumatlara istinad edib devalvasiyanın gözlənildiyi haqda proqnozlar ciddi deyil və peşəkar yanaşmaya uyğun gəlmir. 

Birincisi, karonavirusla bağlı karantin rejimi bütün ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatına da neqativ təsirlər göstərib və göstərməkdədir. Karantin rejimin nə vaxt bitəcəyi iıə bağlı real proqnozlar yoxdur və bu baxımdan da devalvasiya riskini qeyd etmək tam normaldır. 
Yeri gəlmişkən, 2020-ci ilin ilkin büdcə layihəsində neftin qiyməti 50 dollardan hesablanmışdı. Ancaq bu il neft 27 dollara qədər ucuzlaşdı və hökumət də adekvat olaraq büdcəyə yenidən baxdı və neftin qiymətini 35 dollardan hesabladı. İndi neftin qiyməti 50 dollara yaxınlaşıb. Təbii ki, neftin qiymətində olan bu kəskin eniş-yoxuşları öncədən proqnozlaşdırmaq mümkün deyildi. Ancaq hökumət  vəziyyəti nəzarətə götürdü və devalvasiya baş vermədi. Baxmayaraq ki, devalvasiya riski böyük idi və büdcə gəlirlərinin 60 faizindən çoxu neft sektorunun payına düşürdü. Ancaq problem nəzəri olaraq mövcud idi.

İkincisi, devalvasiya riskini artıran amillərdən biri xarici ticarət dövriyyəsinin saldosudur. 2020-ci ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycanın xarici ticarət dövriyyəsi 18 milyard 403 milyon dollar, o cümlədən ixrac 10 milyard 579 milyon dollar, idxal isə 7 milyard 823 milyon dollar təşkil edib. Nəticədə 2 milyard 756.37 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. Bu isə devalvasiya riskini əhəmiyyətli dərəcədə azaldır. 

Üçüncüsü, devalvasiya riskini yaradan amillərdən biri tədiyyə balansının saldosudur. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 milyard 804 milyon dollar olub. Ancaq ötən il tədiyyə balasında 4 milyard 166,8 milyon dollarlıq qalıq yaranmışdı. Qısası, hələ ehtiyat var devalvasiya riski yalnız nəzəri baxımdan qiymətləndirilməlidir.

Başqa bir məsələ -  dövlət borcuna xidmətlə bağlı xərclərin artmasını əsas gətirməklə manatın məzənnəsinin ucuzlaşdırılacağı ehtimalını qurmaq da diletant yanaşmadır. Çünki, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada yazılıb ki, strategiya hər 2 ildən bir yenilənməlidir. Yəni orada qeyd olunan hədəflər, göstəricilər mövcud iqtisadi şəraitə uyğunlaşdırılıb, yenilənir. Eyni zamanda, strateji valyuta ehtiyyatlarının ÜDM-in 100 faizinə yaxın olması, həmçinin borcun ÜDM-ə nisbətinin digər ölkələrlə müqayisədə çox aşağı olduğu bir məqamda bu narahatlıq doğurmamalıdır.

Təbii ki, iqtisadi proqnozlarda bütün risklər nəzərə alınmalıdır. Xüsusilə də indiki vaxtda – yəni sərt karantin rejimində. Ancaq hökumətin də borcudur ki, bu riskləri önləmək üçün zəruri addımlar atsın. Hələ ki, hökumətin addımları adekvatdır!

Qadir İBRAHİMLİ
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycanda bu gündən transfer pəncərəsi açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin