QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi

03/12/2020 [00:01] - Cəmiyyət (140)



Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən 10 noyabr 2020-ci ildə bəyanatın imzalanması Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi qələbəsini rəsmiləşdirdi. Bununla da müharibənin hərbi fazası başa çatdı, münaqişənin uzunmüddətli həllinə nail olundu və bölgədə yeni dövr başladı –  bölgədə dinc yanaşı yaşamaq üçün əsas yaradıldı.

Bəyanata əsasən Azərbaycanın Kəlbəcər rayonu 15 noyabradək (sonradan bu müddət Rusiya tərəfinin xahişi ilə 25 noyabradək uzadıldı), Ağdam rayonu 20 noyabradək, Laçın rayonu da 1 dekabr tarixinədək bir güllə atılmadan işğaldan azad edilərək Azərbaycana qaytarıldı. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı və ehtiramımı bildirirəm, uzun illər bu tarixi qələbənin sevincini yaşamaq arzusunda olmuş xalqımızı təbrik edirəm.

Bu tarixi və misli görünməmiş hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzun illər ərzində apardığı xarici və daxili siyasətin, Ordu quruculuğu sahəsində fədakar fəaliyyətinin, beynəlxalq aləmdə həyata keçirdiyi uğurlu diplomatiyanın qələbəsi oldu. 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi, müasir silah və sursatla təmin edilmiş Azərbaycan Ordusunun rəşadəti, Azərbaycan xalqının Ali Baş Komandanımız və Ordumuz ətrafında yumruq kimi birləşməsi Azərbaycan xalqına belə bir tarixi qələbə sevincini bəxş edən əsas amillər oldular.

Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin komandanlığı altında Ordumuz BMT TŞ, Avropa Parlamenti, AŞPA və digər beynəlxalq qurumların qəbul etmiş olduğu və uzun illər masa üzərində qalaraq lazımsız kağız parçasına çevrilmiş qərarlarını həyata keçirdi, Cənubi Qafqazda beynəlxalq hüququn Ermənistan tərəfindən pozulmuş normalarını və prinsiplərini bərpa etdi.

Məhz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, Azərbaycan Ordusunun professionallığı və rəşadəti  sayəsində cəmi 44 gün ərzində düşmən ordusunun hərbi texnikası və şəxsi heyəti darmadağın edildi, Azərbaycan əraziləri işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Tarixdə indiyədək qısa müddət ərzində düşmən ordusunun məhv edilməsi ilə bağlı belə bir hadisə olmamışdı.

Azərbaycan Ordusunun müharibə zamanı müasir texnologiyalar əsasında hazırlanmış silahlardan istifadə edərək həyata keçirdiyi hücum taktikası dünya praktikasında ilk oldu – Azərbaycan Ordusunun hücum taktikası hərbi mütəxəssislər tərəfindən XXI əsrdə aparılacaq müharibələrin modeli kimi qəbul edildi. Hazırda dünyanın aparıcı dövlətlərinin generalları və səlahiyyətli hərbi ekspertləri Azərbaycanın istifadə etdiyi taktikanı öyrənir və öz ölkələrinin ordularında tətbiqi istiqamətində işlərə başlamışlar. 

Azərbaycan Ordusunun bu ildırım sürətli qələbə taktikasına Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev komandanlıq edərək Yenilməz Sərkərdə və Xilaskar Prezident kimi tarixə düşmüşdür.  Odur ki, Yenilməz Sərkərdəmiz və Xilaskar Prezidentimiz İlham Əliyev öz adını Azərbaycan xalqının tarixinə əbədi olaraq yazmışdır.  
Azərbaycanın sevincini və kədərini həmişə bizimlə birgə bölüşən, daima bizi dəstəkləyən və bizimlə bir yerdə olan, Azərbaycana Can Azərbaycan deyən Böyük Türk xalqına öz minnətdarlığımı bildirirəm.

Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Yenilməz Sərkərdə cənab İlham Əliyev!

Yaşasın rəşadətli Azərbaycan Ordusu! 

Qarabağ Azərbaycandır!


Elxan Süleymanov,
AVCİYA prezidenti
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin