Əfsanəvi Formula1 pilotu, yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer 2021-ci ildən Formula 1 çempionatında yarışacaq.
Trend-in məlumatına görə, bunu “Haas” Formula 1 komandası təsdiq edib.
Mik Şumaxer gələn mövsümdən “Haas” komandasının tərkibində rusiyalı Nikita Mazepinlə birgə mübarizə aparacaq.