“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb

02/12/2020 [18:04] - İqtisadiyyat (201)



Qarabağın turizm potensialı Türkiyənin “Uzakrota Online 2020” turizm sammitində tanıdılıb.
İstiqlal.az xəbər verir ki, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Türkiyənin ən böyük turizm tədbirlərindən biri hesab olunan “Uzakrota Online 2020” turizm sammitində çıxış edərkən Qarabağ, onun turizm imkanları və burada turizmin inkişafı perspektivləri haqda məlumat verib.

O bildirib ki, gələcək planlarda Qarabağ regionunun yeni turizm destinasiyası kimi təqdimatı ərazidə təhlükəsizliyin təmini və infrastrukturun yaradılması proseslərindən sonra baş verəcək.
“İnternetin destinasiya marketinqində rolu” panelində spiker qismində çıxış edən Florian Zenqstşmid, həmçinin iştirakçılara COVID-19 pandemiyası zamanı destinasiyaların marketinqində internetin və rəqəmsal alətlərin üstünlüyü, turizm sənayenin inkişafında innovativ strategiyaların tətbiqini, eləcə də turistləri cəlb etmək üçün destinasiyaların təhlükəsiz və dayanıqlı olması amillərinin vurğulanmasının vacibliyi haqqında danışıb.

Türkiyə ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan F.Zenqstşmid türkiyəli turistlərin Azərbaycana olan marağının artmaqda olduğunu bildirib.
Baş icraçı direktor Azərbaycanda pandemiya dövründə həyata keçirilən layihələr, o cümlədən “Azerbaijan 101” onlayn təlim platforması, Turizm Təlim və Sertifikasiya Mərkəzi, “Macəra Yaxındadır” daxili turizm kampaniyası haqqında da məlumat verib.

Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva sərgi daxilində işgüzar turizmə həsr olunmuş konfransda “Yerli innovasiyalar vasitəsilə işgüzar tədbirlərin inkişafının cəmiyyətlər üzərində təsiri” mövzusunda çıxış edib.

O, təqdimatında işgüzar tədbirlər sənayesinin inkişafı üçün zəruri olan əsas faktorlar, o cümlədən təhsil səviyyəsinin artırılması, sənaye nümayəndələri üçün əməkdaşlıq və şəbəkələşmə imkanlarının yaradılması, dövlət tərəfindən sənayenin inkişafına dəstək verilməsinin üstünlüklərindən bəhs edib.
Sevda Əliyeva işgüzar tədbir, konfrans və sərgilərin cəmiyyətə nəinki maliyyə cəhətdən, həmçinin  akademik və  iqtisadi baxımından faydalı olmasını qeyd edərək Azərbaycan Konqreslər Bürosu tərəfindən yaradılan İşgüzar Tədbirlər Sənayesi Alyansı və Səfirlər Proqramı, pandemiya dövründə keçirilən hibrid tədbirlər, eləcə də gələcəkdə Azərbaycanda keçirilməsi nəzərdə tutulmuş beynəlxalq tədbirlər barəsində danışıb.

“Uzakrota Turizm Sammiti” turizm agentlikləri, hava yolları şirkətləri, hotellər, turizm sahəsində fəaliyyət göstərən startaplar və turizm sənayesi nümayəndələrini bir araya gətirən beynəlxalq sərgidir. Bu il onlayn formatda keçirilən sərgiyə MDB, Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrindən 100 mindən çox turizm mütəxəssisi və 300-ə yaxın spiker qatılıb.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin