Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi

01/12/2020 [18:13] - İqtisadiyyat (240)



İctimai xidmətlər göstərən dövlət şirkətlərinin fəaliyyətində şəffaflıq və hesabatlılığın artırılması korrupsiyaya qarşı mübarizə, ictimai resurslardan effektiv istifadə olunmasında əsas şərtlərdəndir. Hazırda vətəndaş cəmiyyəti və müstəqil ekspertlər, həmçinin beynəlxalq tərəfdaşalr tərəfindən aparılan tədqiqat və monitorinqlər korrupsiya riski yüksək olan sahələrdən biri kimi dövlət şirkətlərinin fəaliyyətini qeyd edirlər.  

2017-ci ildə Azərbaycanda dövlətə məxsus müəssisələrdə (DMM)  Şəffaflıq və Səmərəliliyin Təşviqi üzrə texniki yardım layihəsi (Layihə 162972) çərçivəsində Dünya Bankının İdarəetmə komandası tərəfindən aparılmış tədqiqat-analitik işinin nəticəsi olaraq “Azərbaycan Respublikası: Dövlətə məxsus Müəssisələrdə Korporativ İdarəetmə və Mülkiyyət” adlı texniki qeyd hazırlanıb.  Sənəddə qeyd olunurdu ki, DMM-lər, əhalinin rifahına töhfə verməklə, zəruri mal və xidmətləri, eləcə də əsas sektorlarda məşğulluğu təmin etməklə Azərbaycanın milli iqtisadiyyatında xüsusi rol oynayırlar. DMM-lərin ÜDM-dəki payı 45%-dən yüksəkdir. 20 ən iri DMM ictimai əhəmiyyətli sahələrdə, o cümlədən təbii ehtiyatların hasilatın (neft-qaz), infrastuktur, nəqliyyat, rabitə, su və enerji təchizatı sahələrində fəaliyyət göstərir. DMM-lərdə korporativ idarəetmə və hesabatlılığı gücləndirmək məqsədi ilə hökumət islahatlara başlamışdır ki, bu da müsbət bir haldır. 

Təkmilləşdirilmiş korporativ idarəetmə təcrübələrinin hədəflənməsi, DMM-lərin daha səmərəli fəaliyyyət göstərməsinin təmin edilməsi məqsədi ilə DMMlərin yüksək rəhbərliyinin hesabatlılığı və fəaliyyətinin təkmilləşdirilməsi üçün stimullar vasitəsi ilə bu iddialı islahatlar DMM-lərin korporativ idarəetməsini dövlətin islahat prioritetləri arasındaön sırada yerləşdirir. Azərbaycanda DMM-lərin mülkiyyəti, nəzarət və fəaliyyəti üçün mövcud qanunvericilik bazası təkmilləşdirilməsinə ehtiyac var. Azərbaycan bir çox dövlət müəssisələrinin səhmdar cəmiyyətlər şəklində yenidən təşkili kimi DMM-lərdə idarəçilik və idarəetmənin müasirləşdirilməsi istiqamətində müəyyən ilkin addımlar atıb, lakin, mövcud korporativ idarəetmə çərçivə və təcrübələri beynəlxalq səviyyədə qəbul olunmuş qabaqcıl təcrübələrə uyğun gəlmir.. DMM-lərin korporativ idarə edilməsi və nəzarətində iştirak edən müxtəlif tərəflər arasında mövcud funksiya və vəzifələr bölgüsü natamam olaraq qalır. Bunun iki effekti var: iştirakçıların (maraqlı tərəflərin/payçıların) hesabatlılığı azalır və DMM-lərin fəaliyyətinə mənfi təsir göstərir.

Azərbaycanda DMM-lər vacib iqtisadi və sosial rol oynamağa davam edirlər. Onlar bir sıra sahələrdə, o cümlədən iri ixracyönümlü sektorlarda – neft və qaz, enerji istehsalı və paylanması kimi sektorlarda mühüm paya malikdir və eyni zamanda, onlar su təchizatı, dəmir yolu, hava nəqliyyatı və rabitə kimi ictimai xidmət sahələrində də əsas iştirakçıdırlar. Bu xidmətlərin fasiləsizliyinin və onların keyfiyyətinin monitorinqinin təmin edilməsi dövlətin mülkiyyətçi kimi əsas vəzifələrindən biridir. 

Son illərdə Azərbaycan hökuməti dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi və səhmdar cəmiyyətə çevrilməsi istiqamətində DMM-lərlə bağlı ciddi islahatlara başlayıb.. Bu islahatların həyata keçirilməsi kiçik və orta DMM-lərin özəlləşdirilməsi, və iri müəssisələrdə idarəetmə və əməliyyatların təkmilləşdirilməsi baxımından qismən uğurlu olmuşdur.–. Azərbaycan hökuməti hazırda DMM-lərlə bağlı mülkiyyət və nəzarət funksiyaları, onların səmərəliliyi və dövlət büdcəsinə ayırmalarının artırılmasının istiqamətində çalışır.

Bütün bunlara rəğmən bu gün Azərbaycan DMM-lərində idarəetmə, idarəçilik, maliyyə vəziyyəti və digər göstəricilər haqqında məlumatı əldə etmək çətindir, bu cür məlumatlar, bir qayda olaraq, ictimaiyyətə açıq deyil. İri DMM-lər ictimai əhəmiyyətli qurumlar (İƏQ) kimi təsnifləşdirilir və Mühasibat uçotu haqqında Qanuna əsasən, öz maliyyə hesabatlarını MHBS-lərə əsasən tərtib edib açıqlamalıdırlar. Lakin, milli iqtisadiyyat üçün əhəmiyyətliliyinə baxmayaraq, bəzi DMM-lər icmal maliyyə hesabatlarını tərtib etmir, və müstəqil audit yoxlamaları təşkil etmirlər.

Lakin bilirik ki, İctimai xidmətlər göstərən dövlət şirkətlərinin fəaliyyətində şəffaflıq və hesabatlılığın artırılması korrupsiyaya qarşı mübarizə, ictimai resurslardan effektiv istifadə olunmasında əsas şərtlərdəndir. Hazırda vətəndaş cəmiyyəti və müstəqil ekspertlər, həmçinin beynəlxalq tərəfdaşalr tərəfindən aparılan tədqiqat və monitorinqlər korrupsiya riski yükk olan sahələrədn biri kimi dövlət şirkətlərinin fəaliyyətini qeyd edirlər.  

2017-ci ildə Azərbaycanda dövlətə məxsus müəssisələrdə (DMM)  Şəffaflıq və Səmərəliliyin Təşviqi üzrə texniki yardım layihəsi (Layihə 162972) çərçivəsində Dünya Bankının İdarəetmə komandası tərəfindən aparılmış tədqiqat-analitik işinin nəticəsi olaraq “Azərbaycan Respublikası: Dövlətə məxsus Müəssisələrdə Korporativ İdarəetmə və Mülkiyyət” adlı texniki qeyd hazırlanıb.  Sənəddə qeyd olunurdu ki, DMM-lər, əhalinin rifahına töhfə verməklə, zəruri mal və xidmətləri, eləcə də əsas sektorlarda məşğulluğu təmin etməklə Azərbaycanın milli iqtisadiyyatında xüsusi rol oynayırlar. DMM-lərin ÜDM-dəki payı 45%-dən yüksəkdir. 20 ən iri DMM ictimai əhəmiyyətli sahələrdə, o cümlədən təbii ehtiyatların hasilatın (neft-qaz), infrastuktur, nəqliyyat, rabitə, su və enerji təchizatı sahələrində fəaliyyət göstərir. DMM-lərdə korporativ idarəetmə və hesabatlılığı gücləndirmək məqsədi ilə hökumət islahatlara başlamışdır ki, bu da müsbət bir haldır. 

Təkmilləşdirilmiş korporativ idarəetmə təcrübələrinin hədəflənməsi, DMM-lərin daha səmərəli fəaliyyyət göstərməsinin təmin edilməsi məqsədi ilə DMMlərin yüksək rəhbərliyinin hesabatlılığı və fəaliyyətinin təkmilləşdirilməsi üçün stimullar vasitəsi ilə bu iddialı islahatlar DMM-lərin korporativ idarəetməsini dövlətin islahat prioritetləri arasındaön sırada yerləşdirir. Azərbaycanda DMM-lərin mülkiyyəti, nəzarət və fəaliyyəti üçün mövcud qanunvericilik bazası təkmilləşdirilməsinə ehtiyac var. 

Azərbaycan bir çox dövlət müəssisələrinin səhmdar cəmiyyətlər şəklində yenidən təşkili kimi DMM-lərdə idarəçilik və idarəetmənin müasirləşdirilməsi istiqamətində müəyyən ilkin addımlar atıb, lakin, mövcud korporativ idarəetmə çərçivə və təcrübələri beynəlxalq səviyyədə qəbul olunmuş qabaqcıl təcrübələrə uyğun gəlmir.. DMM-lərin korporativ idarə edilməsi və nəzarətində iştirak edən müxtəlif tərəflər arasında mövcud funksiya və vəzifələr bölgüsü natamam olaraq qalır.
Ümid edirik k, yaxın zamanlarda bu sahədə də yeniliklərin və islahatların uğurlu nəticlərini görəcəyik.  

İslahatçı Qadınlar və
 İnnovasiayalar İctimai Birliyi

Məqalə “İctimai xidmətlər göstərən dövlət şirkətlərinin fəaliyyətində şəffaflıq və hesabatlılığın təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Azərbaycanda bu gündən transfer pəncərəsi açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin