Azərbaycanla Özbəkistan arasında film sənayesində əməkdaşlıq müzakirə olunub

01/12/2020 [21:01] - Mədəniyyət (222)



Mədəniyyət Nazirliyi ilə Özbəkistanın ölkəmizdəki səfirliyi və “Özbəkkino” Milli Agentliyi arasında "Film sənayesində əməkdaşlığın gücləndirilməsi" mövzusunda videokonfrans keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, onlayn görüşdə Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, “Özbəkkino” Milli Agentliyi direktorunun birinci müavini Şuxrat Rizayev, tanınmış kinorejissor, Azərbaycanın xalq artisti Vaqif Mustafayev, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin sektor müdiri İsa Məmmədov, ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Videokonfransın əsas məqsədi film sənayesi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi, bu sahə üzrə mütəxəssislərin yeni tərəfdaş imkanları ilə tanış edilməsi  və birgə istehsal üçün açıq olan layihələrin təqdimatı olub.

Görüş zamanı hər iki ölkədə qarşılıqlı kino həftələrinin keçirilməsi, Azərbaycan və Özbəkistan filmlərinin festivallarda iştirakı, milli dəyərlər, ənənələr və mədəniyyət tarixinə əsaslanan birgə kommersiya filmlərinin çəkilməsi və beynəlxalq səviyyəyə çıxarılması barədə söhbət açılıb.

Ortaq layihələrin müzakirəsi zamanı Özbəkistan tərəfi iki qardaş xalqın şairi və yazıçısı Maqsud Şeyxzadənin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin, Azərbaycan tərəfi isə Molla (Xoca) Nəsrəddin haqqında birgə filmin çəkilməsi təşəbbüsü ilə çıxış edib.

Videokonfransda 2021-ci ildə böyük özbək şair Əlişir Nəvainin 580 illik və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileylərinin qeyd olunması ilə bağlı bu söz ustadlarının əsərlərinə ictimai marağın, xüsusən də gənclərin marağının artırılmasına xidmət edəcək filmlərin nümayişinin təşkili barədə də danışılıb.

Sonda tərəflər səmərəli fikir mübadiləsindən məmnun olduqlarını, səslənən təşəbbüsləri dəstəklədiklərini və hədəflərin mərhələli şəkildə həyata keçirilməsi üçün tədbirlər planının hazırlanmasının vacibliyini qeyd ediblər.
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Xəbər lenti
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Azərbaycanda bu gündən transfer pəncərəsi açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin