Post-müharibə dövrünün prioritetləri – qurculuq və sosial təminatın təşkili

01/12/2020 [13:56] - Gündəm (1134)



İkinci Qarabağ müharibəsi bu gün rəsmən və qalibiyyətlə başa çatır. İşğalda olan 7 rayon, başqa sözlə desək, üst-üstə 10 000 kvadrat kilometrdən çox ərazi işğaldan azad edib. Üstəlik də, ermənilərin Dağlıq Qarabağ ərazisi hesab etdiyi Şuşa şəhəri, Hadrut rayonu və Xocavəndin təxminən yarısı erməni işğalından azad edilib. Beləliklə işğa altında olan 20 faiz ərazimizin 15  faizdən çoxu işğaldan azad edilib.

Döyüş əməliyyatlarının cəmi 44 gün davam etdiyini nəzərə alsaq, 15 faiz ərazinin işğaldan azad olunması Azərbaycan ordusunun böyük uğurudur. Və heç şübhəsiz ki, yaxın gələcəkdə qalan 4 faiz də Azərbaycan bayrağı dalğalanacaq. 

44 günlük müharibənin daha bir uğuru ərazisi 5 min kvadrat kilometr olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında nəqliyyat dəhlizinin yaradılmasıdır. Bu Naxçıvanın blokadadan çıxması və Azərbaycana de-fakto birləşdirilməsi deməkdir. 

Azərbaycan prezidenti İlham Əliyev Laçının işğaldan azad olunması ilə bağlı təbrik çıxışında bildirdiyi kimi, Naxçıvan dəhlizinin yaradılması tək Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli layihədir. Bu dəhliz həm də Azərbaycanı Türkiyə ilə birləşdirəcək.

Post-müharibə dövrünün əsas məsələləri müharibənin acı nəticələrini aradan qaldırmaq və eyni zamanda şəhid və yaralı əsgər ailələrinin sosial təminatını həll etməkdir. 

Təbii ki, işğal olunmuş ərazilərin bərpası zamanla həllini tapacaq – ilkin mərhələdə dağıdılmış infrastrukturun bərpası, dövlət qrumlarının ərazidə oturuşması vacibdir. Artıq prosesə start verilib – Füzuli-Şuşa yolu tikilir, dəmir yol xəttləri bərpa edilir və s.

Eyni zamanda maliyyə naziri Samir Şərifov işğaldan azad edilmiş ərazilərdə dövlət təsisatlarının formalaşması xərclərinin dövlət büdcəsi hesabına qarşılanacağını bildirib. Yerli və xarici invstorların cəlb etməklə regionu yaxın illərdə yaşayışa tam yararlı vəziyyətə gətirmək və məcburi köçkünlərin ora qayıdışını təmin etmək olar. 

Azərbaycan dövlətinin maliyyə resursları da buna adekvatdır. Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 49 milyard 780 milyon ABŞ dolları təşkil edib. Bunun 87%-i və yaxud 43 milyard 288,6 milyon dolları Dövlət Neft Fondunun, 13%-i və yaxud 6 milyard 491,4 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının payına düşüb. Bir tərəfdən bu vəsaitlərin bir qismi, o biri tərəfdənsə, yerli və xarici investorların sərmayələri hesabına bu işlər görülə bilər və görüləcək də. 

Əsas məsələlərdən biri də şəhid və yaralı əsgər ailələrinin sosial təminatını həll etməkdir. Birinci Qarabağ savaşında şəhid və əlillərin uçotunu aparmaq bir az mürəkkəb proses idi. Çünki onda nizami ordu yox idi və ölkənin ərazi bütövlüyünü əsasən könüllü batalyonlar qoruyurdu. Ona görə, dəqiq uçot aparmaq mümkün deyildi. Hətta bu qeyri-müəyyənlikdən istifadə edib saxta yolla əlillik, müharibə veteranı adı alanlar da olmuşdu. Bu gün də o məsələ tam həllini tapmayıb. 
İkinci Qarabağ müharibəsini isə könüllü batalyonlar yox, nizami ordu hissələri aparıb. Yəni hansı rayondan həqiqi hərbi xidmətə çağrılanların da, səfərbərlik nəticəsində ön cəbhəyə yollananların da dəqiq statistikası var. Bu baxımdan İkinci Qarabağ müharibəsində şəhidlərin, eləcə də yaralıların ucotunu aparmaq sadə bir işdir. 

Noyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev  1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdə şəhid və əsgər ailələrinə yardım üçün məhz uçotun başa çatmasının vacibliyini bildirdi: “Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır”.

Dövlət başçısı bildirib ki, dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcək: “Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək”.

Eyni zamanda yaralı əsgərlərin müalicəsinin yüksək səviyyədə təşkili üçün xüsusi dövlət komissiyasının yaradılması vacibdir. Bir qrup yaralı var ki, onların mülicəsi üçün ya xaricə göndərilməli, ya da xaricdən ölkəyə həkimlər dövət olunmalıdır. 

Təbii ki, Azərbaycan iqtisadiyyatı çox çətin bir dövrə qədəm qoyur – həm ölkənin 16 faiz ərazisinin yaşayış üçün yararlı hala gətirilməsi, həm şəhid və əlil ailələrinin sosial təminatının həll olunması, həm ermənilərin hətta işğal altında olmayan Bərdə, Gəncə, Tərtərdə dağıtdığı yaşayış məntəqələrinin bərpası, həm də koronavirusla bağlı karantin rejiminin iqtisadiyyata vurduğu ziyanların aradan qaldırılması (müharibə bitsə də, karantin davam edir). Ancaq yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın maliyyə imkanları yetərincədir və bu resurslardan səmərəli istifadə etməklə problemləri həll etmək olar.

Qadir İBRAHİMLİ

Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Xəbər lenti
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Azərbaycanda bu gündən transfer pəncərəsi açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin