Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır

29/11/2020 [21:34] - Cəmiyyət (200)



2020-ci il müasir Azərbaycan diasporunun dönüş ili kimi xarakterizə olunur. Belə ki, ilin əvvəllində qəflətən dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədar çətin vəziyyətdə qalmış soydaşlarımıza dəstək göstərmək üçün diasporumuz çox böyük birlik, həmrəylik və humanizm nümayiş etdirdi. 

Pandemiya ilə başlayan bu birlik sonradan Ermənistanın Tovuz təxribatı zamanı daha da möhkəmləndi və torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində özünün ən yüksək zirvəsinə çatdı. 44 günlük hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaşayan, müharibədən zərər çəkən dinc sakinlərə, şəhid ailələrinə maddi, humanitar yadımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq ortaya qoydu. Milli birliyimiz cəbhədə Azərbaycanın böyük qələbəsi ilə nəticələndi və beləliklə Azərbaycan xalqı və dövləti ilə bərabər diasporumuz da yeni bir mərhələyə qədəm qoydu. Xaricdəki ziyalılarımızın fikrincə, döyüş meydanında müharibə bitsə də, informasiya və diaspor cəbhəsində əsl savaş indi başlayır.

Əsl mübarizə hələ qabaqdadır

Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdov hesab edir ki, müharibənin Azərbaycanın üstünlüyü ilə başa çatmasına baxmayaraq əsas mübarizə qabaqdadır və istər Azərbaycanda, istərsə də xaricdə görüləcək işlər həddindən çoxdur. Hər zaman bütün zəfərlərin gənclərimizin yüksək təhsili və uğurlarına bağlı olduğunu vurğulayan alim düşünür ki, hazırda Azərbaycanda mövcud olan yüksək səviyyədə müsbət enerjini gənclərdə uğur qazana bilmək inamına yönləndirmək mümkün olarsa bu, ölkəmizin sürətli inkişafına böyük təkan verə bilər. Diaspor sahəsində uğurlar isə Qərib Mürşüdovun fikrincə, xaricdə yaşayan azərbaycanlıların sayı və bir sıra məqamlarla bağlıdır: “Diasporu birləşdirən bir əsas məqam var – məxsus olduqları etnik qrup və ölkə. Siyasi, dini baxışların bu fəaliyyətə təsiri olmamalıdır. Bu mənada düşünürəm ki, milli məsələlərdə birlik nümayiş etdirməyi bacaran və əlindən gələni edən xaricdəki soydaşlarımızın, xüsusilə istedadlı və uğurlu mütəxəssislərimizin siyasi baxışına görə fərqli qruplarda birləşməsinin səbəbləri aradan qaldırılmalıdır. Onların potensialından diaspor fəaliyyətində yararlanmaq üçün bu qrupların birliyinə nail olmaq vacibdir”.


Diasporun qarşısındakı problemləri isə Qərib Mürşüdov qısamüddətli və uzunmüddətli olmaqla iki yerə bölür:

“Qısamüddətli problemlərə davamlı informasiya müharibəsi daxildir. Bu müharibədə üstünlük qazanmaq üçün düşmənin hansı silahlardan istifadə etdiyini müəyyən etmək və onları zərərsizləşdirmək lazımdır. Mənim müşahidəmə görə, əsas üç silahdan istifadə edilir: islam və xristianlıq; türk-erməni və qərbdə olan antitürk sentimenti; nəhayət demokratiya və anti-demokratiya.

Uzun müddətli problemlər isə çoxdur:

- türk diasporunun imkanlarından istifadə etməklə kifayət qədər kritik kütləyə çevirilərək seçkilərə təsiretmə qabiliyyəti formalaşdırmaq;

- hər bir gənc azərbaycanlıya və Azərbaycandan olanlara onların müxtəlif sahələrdə fərdi uğur qazanmasına dəstək göstərmək;

- fərdlərin müxtəlif istiqamətlərdə uğurları həm də güclü lobbi qruplarının yaradılmasına kömək edə bilər ki, bu da siyasətə təsir etmək üçün əsas alətlərdən biridir;

- Azərbaycan və ümumiyyətlə Qafqaz tarixinin, dillərinin öyrənilməsinə ölkədaxili, eləcə də xarici mütəxəssisləri və maliyyələri cəlb etmək;

- Azərbaycanda təhsil, elm və texnologiyanın inkişafına kömək etmək. Bunun həyata keçirilməsi üçün Azərbaycanın vergi, gömrük və vətəndaşlığın verilməsi ilə bağlı qanunlarında müəyyən dəyişiklər tələb olunur”.

Diasporumuzun birliyini qoruyub saxlamalıyıq

Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor Toğrul İsmayıl hesab edir ki, İkinci Qarabağ müharibəsi bizim birləşmək, bərabər olmaq gücümüzü üzə çıxardı: “Siyasi düşüncəsindən, baxışından, harada yaşamasından asılı olmayaraq, Qarabağ məsələsində hamı vahid mövqedən çıxış etdi. Bu milli birlik eyni zamanda, cəbhədə də zəfərlə nəticələndi və uğurumuzu ortaya qoydu. Əldə etdiyimiz zəfərlə bərabər, diasporumuzun bu birliyini qoruyub saxlamaq və daha ciddi çalışmaq lazımdır. Bu gün Azərbaycan ən çətin mərhələyə gəlib: döyüşdə qazandığı zəfəri, diplomatiyada, beynəlxalq aləmdə tanıtmalı və qəbul etdirməlidir. Bu səbəbdən Azərbaycan diasporunun da üzərinə ciddi məsuliyyət düşür, harada yaşamasından, hansı vəzifədə işləməsindən asılı olmayaraq, hər bir soydaşımız Azərbaycan həqiqətlərini dünyaya tanıtmalı və çatdırmalıdır. Əslində bu müddət ərzində birlikdə hərəkət etmək, təşkilatlı şəkildə fəaliyyət göstərmək kimi təcrübələr də qazandıq, fəallığı ilə önə çıxan diaspor üzvlərini tanıdıq. Həmin soydaşlarımızın fəaliyyətini doğru dəyərləndirərək bu sahədə əməkdaşlığı artırmaq lazımdır.

Düşünürəm ki, qalib Azərbaycanın diasporunun fəaliyyətindəki yeni mərhələdə əsas məsələlər həm Azərbaycanın inkişafı üçün, həm də beynəlxalq aləmdə müsbət imicinin möhkəmlənməsi üçün qarşıda duran vəzifələrdir. Diasporumuzun bu istiqamətdə fəaliyyətinin paralel olaraq Azərbaycandakı uğurlar və islahatlarla müşayiət olunacağına ümid edirik”.

Vətən müharibəsində diasporumuz da öz gücünü ortaya qoydu

Son illərdə Azərbaycan diasporunda müşahidə edilə canlanma Vətən müharibəsi zamanı özünün ən aktiv fazasına keçdi. Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirir ki, torpaqlarımızın azadlığı uğrunda aparılan hərbi əməliyyatlarda diasporumuz da öz gücünü ortaya qoydu. Milli birliyimiz sayəsində qazandığımız böyük qələbənin qorunması da, məhz bundan sonrakı birliyimizdən çox asılıdır:

“Bu qalibiyyətin qorunması üçün dünya azərbaycanlıları bir olaraq Vətənin güclənməsində var gücü ilə çalışmalıdır. 30 il sonra bərpa etdiyimiz ədaləti qorumaq üçün bütün imkanlarımızı səfərbər etməliyik. Fikrimcə, gələcək fəaliyyətimiz üçün bu amillərə xüsusi diqqət yetirmək faydalı ola bilər:

Ulu öndərin Azərbaycançılıq məfkurəsini daha çox təbliğ etmək;
Azərbaycanı multikultural ölkə kimi tanıtmağa davam etmək;
Azərbaycan dilinin tədrisinə daha çox diqqət yetirmək;
xarici ölkələrdə Azərbaycan dili üzrə yerli mütəxəssislər yetişdirmək;
erməni yalanlarına qarşı mübarizə aparmaq üçün xarici media ilə işimizi gücləndirmək;
Azərbaycana dost KİV və media nümayəndələri ilə əlaqələri genişləndirmək (Azərbaycana dəvət etmək, Qarabağa aparmaq, erməni vəhşiliklərini göstərmək və s.);
lobbiçilik istiqamətində fəaliyyəti artırmaq;

xaricdə yaşayan azərbaycanlılarda Vətənə bağlılığı gücləndirmək”.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycanda bu gündən transfer pəncərəsi açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin