"Biz dünyaya sağlam ətraf mühit siyasətinin həm də sağlam iqtisadiyyat ola biləcəyini göstəririk".
İstiqlal.az xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi Bərpa olunan Enerji sahəsinə İnvestisiya ilə bağlı 3-cü Qlobal Görüş və Sərginin (RE-Invest 2020) açılışında deyib.
Baş nazir qısa müddət ərzində bərpa olunan enerji sektorunun istehsal gücünün meqavatdan qiqavata doğru artmasından və “Bir Günəş, Bir Dünya, Bir Şəbəkə” layihəsinin gerçəkləşməsindən məmmun qaldığını bildirib. O, qeyd edib ki, son 6 ildə Hindistan misilsiz məsafə qət edib. O, ölkənin hər bir vətəndaşının sahib olduqları bütün bacarıqlarının müəyyənləşdirilməsi məqsədilə elektrik enerjisi ilə təmin edilməsi üçün Hindistanın istehsal gücü və şəbəkəsinin genişləndirildiyini vurğulayıb. Bu gün Hindistanın bərpa olunan enerji gücü dünyada dördüncü ən böyük enerji gücüdür və bütün böyük ölkələr arasında ən yüksək sürətlə inkişaf edir. Hindistanda bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır, bu da ümumi tutumun təxminən 36 faizini təşkil edir.
O qeyd edib ki, bərpa olunan enerjiyə əlverişli olmadığı təqdirdə belə erkən sərmayə qoymaq, xərcləri aşağı endirən miqyasın əldə edilməsinə kömək edib: "Biz dünyaya sağlam ətraf mühit siyasətinin həm də sağlam iqtisadiyyat ola biləcəyini göstəririk. Enerji səmərəliliyinə nail olmaq bütün siyasətimizin diqqət mərkəzindədir".
N.Modi qarşıdakı on il üçün bərpa olunan enerji yerləşdirmə ilə bağlı böyük planlarının olduğunu və il ərzində təxminən 20 milyard dollar dəyərində iş perspektivləri yaratacağını açıqlayıb.