Rusiyalı politoloq: “Fransa Qarabağ münaqişəsinin həlli prosesindən çoxdan çıxıb”

27/11/2020 [12:23] - Siyasət (227)



“Belə qalmaqallı qətnamənin indi – müharibənin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra və Ermənistan qoşunlarının, demək olar, bütün ərazilərdən çıxarıldığı vaxtda qəbul edilməsi Fransanın əvvəllər olduğu kimi, Cənubi Qafqazda baş verənlərə biganə olduğunu göstərir. Onlar bundan yalnız Türkiyə və Rusiyaya təzyiq göstərmək üçün növbəti vasitə kimi istifadə edir”.

Bu fikirləri “Vestnik Kavkaza” İnformasiya-Analitik Agentliyinin baş direktorunun müavini Andrey Petrov Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnamə qəbul etməsini şərh edərkən deyib.

“Bu sənədin qəbul edilməsinin əvvəllər də heç bir mənası yox idi, o ki qaldı, indi ola. Çünki münaqişə, demək olar, tamamilə həll edilib və bu cür tanımalar heç nəyə təsir etmir. Qeyd etmək lazımdır ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən çıxıb, özü də çoxdan – hələ müharibə dövründə Makronun Ermənistanı dəstəkləyən tamamilə təxribat xarakterli açıqlamalar verdiyi andan. Hələ o zaman Azərbaycan qeyd edirdi ki, bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq qalmasına imkan vermir, çünki həmsədr neytral olmalıdır”, – o, bildirib.

Politoloqun fikrincə, bu qətnamənin qəbulu Azərbaycan-Fransa münasibətlərinə mənfi təsir göstərəcək: “Qətnamənin heç bir hüquqi qüvvəsi olmasa da, çox güman ki, hökumət tərəfindən dəstəklənməyəcək olsa da, bu, nədənsə indi erməni millətçi işğalçı əhval-ruhiyyəsini dəstəkləməyə qərar verən Fransadakı siyasi qrupların bəyanatıdır. Bu nə deməkdir? Bu, o deməkdir ki, həmin senatorlar üçün Azərbaycan ilə Fransa arasındakı münasibətlərin gələcəyi, Azərbaycanın Fransa mədəniyyəti, ticarəti üçün artıq etdikləri, Fransa biznesinin Azərbaycanda mövcud olması heç bir əhəmiyyət kəsb etmir. Nədənsə heç kim “Total”ın Azərbaycanın neft-qaz layihələrindəki payını xatırlamır. Beləliklə, bütün bunları nəzərə alaraq, yaxın gələcəkdə Azərbaycan ilə Fransa arasındakı münasibətlərin pisləşəcəyi qənaətinə gələ bilərik”.

Qeyd edək ki, daha əvvəl Fransa Senatına qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyi haqqında 145 saylı qərar layihəsi təqdim edilib və noyabrın 25-də layihə müzakirə olunaraq qəbul edilib. 306 senatordan 305-i layihənin lehinə səs verib/Report.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin