Şəfiqə Məmmədova: “Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır”

22/11/2020 [11:33] - Mədəniyyət (516)



“Bir vaxtlar Azərbaycan milli kinosunun özündə elə bil ayrıca “kino adası” vardı -​ “Ocaqovun kinosu” var idi, var və həmişə yaşayacaq. Sanki özü üçün yaratmışdı o aləmi.. Öz senaristləri ilə, öz sevimli aktyorları ilə, öz bəstəkarları ilə, yaradıcı heyəti ilə və bu aləm sözün əsl mənasında onun əsl həyatı idi.Başqa​ həyatı özü üçün istəmirdi.

Və mən özümü xoşbəxt insan sayıram ki, Rasimin sənət aləmində, onun kinosunda var idim. Mən onun ən şöhrətli, ən uğurlu filmlərində çəkilmişəm. Bir yerdə yaşadıq o uğurları -​ “İstintaq” filminə görə SSRİ Dövlət Mükafatına, “Ad günü” filminə görə isə Azərbaycan Dövlət Mükafatına laiq görüldük. Bu filmlər mənim həyatımda, taleyimdə ən bəxtəvər və gözəl illər kimi yadda qalacaq.

Rasim Ocaqov öz aktyorlarını çox sevirdi. Onun üçün filmin uğurunu şərtləndirən əsas amil aktyor ansambılının bütövlüyü idi... Heç bir məsələdə kompromislərə getməzdi..Dosluqda çox möhkəm, vəfalı və sədaqətli idi.

Rasim Ocaqov mənalı və gözəl həyat yaşadı. Düz yaşadı! Heç nədə gözü yox idi. Azərbaycan Milli Kinosu idi onun varlığı, həyatı.

Kamera, çəkiliş meydançası və öz dünyası - bunlar idi onun dövləti, varı.O da bu varlığı, çəkdiyi filmləri öz xalqına miras qoyub gedib. Xalqım da yaşadır onun adını həmişə.Elə çəkdiyi filmlər də Rasim Ocaqovu əbədi yaşadacaq!

Hansısa tədbirdə çıxış edəndə etiraf elədim ki, “ Mən səhnədə və çəkiliş meydançasında çox xoşbəxt və azad idim”. Kamera qarşısında isə çətin məqamlarda​ azad və xoşbəxt olmaq, yaşamaq, yaratmaq hissini mənə Rasim Ocaqov bəxş edib. Binlar üçün mən Rasimə minnətdaram! Minnətdaram onun mənə olan böyük hörmətinə görə, diqqətinə görə, sevimli aktrisası olmağıma görə və çox uzun illər davam edən dostluğumuza görə.

Ömrünün son aylarında bir yerdə idik həmişə.Demək olar hər gün​ İttifaqımızda görüşürdük. Hansısa səbəblərdən çəkilişləri dayandırmışdı. Çox narahat idi. Özünə yer tapmırdı. Nəhayət bir gün çox ehtiyatla soruşdum; Rasim, nədir səni incidən, səni belə narahat edən? Üzümə baxdı və susdu. Sonra çox inandırıcı və məyus şəkildə cavab verdi. “ Çəkmirəm, deməli yaşamıram. Mən belə yaşaya bilmirəm. Mən belə yaşamaq istəmirəm”. Elə də oldu...  Rasim yaşamadı...

Azərbaycan Milli Kinomuza elə bir böyük​ itki üz​ vermişdi ki, bu günə kimi biz onun ağrısını çəkməkdəyik.

Ömrünü Azərbaycan kinosuna həsr elədi Rasim Ocaqov və özü ilə kinomuzun​ təkrarsız epoxasını da apardı. Artıq bu gün Rasim Ocaqov Milli Kinomuzun bir simvolikasıdır!

​PS. Xatirələrim o qədər çoxdur ki, qismət olsa Rasim Ocaqov haqda bir xatirə kitabı yazacam...
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin