ICESCO ekspertləri azad edilən ərazilərə araşdırma səfərinin təşkilinə hazırdır - baş direktor

20/11/2020 [18:12] - Mədəniyyət (450)



Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik ilə onlayn görüş keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər bir sıra məsələlər barəsində fikir mübadiləsi apardılar. Anar Kərimov son 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin, xüsusilə də Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər ordumuz tərəfindən azad edilməsi və bunun dünya və islam mədəniyyəti üçün əhəmiyyəti barədə məlumat verdi. O qeyd etdi ki, Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilmiş, bütün mədəni mülkiyyət talan olunmuş, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılmış, xüsusilə islam irsinə aid olan abidələr və məscidlər təhqir edilmişdir. Nazir müavini hazırda azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirdi.

Dr. Salim bin Məhəmməd Əl-Malik Azərbaycan xalqını bu tarixi qələbə münasibətilə təbrik edərək ICESCO-nun bu məsələdə ilk günlərdə bəyanat verərək Azərbaycana tam olaraq öz dəstəyini ifadə etdiyini bildirdi və eyni zamanda və bu sahədə əməkdaşlığa dair birgə İş Planının hazırlanmasının tərəfdarı olduğunu qeyd etdi. ICESCO ekspertlərinin sözügedən ərazilərə araşdırma səfərinin təşkilinə də hazır olduğu baş direktor tərəfindən ifadə olundu.

A.Kərimov Azərbaycan və ICESCO arasında artıq uzun illərdir davam edən əməkdaşlığın önəmindən bəhs etdi və bu iş birliyinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Anar Kərimov qeyd etdi ki, hazırda Azərbaycan qarşı bəzi media orqanları və təşkilatlar tərəfindən qərəzli və qarayaxma kampaniyasının aparıldığını və buna qarşılıq olaraq ICESCO kimi beynəlxalq təşkilatın Azərbaycanın haqlı mövqeyinin dəstəkləməsində daha fəal olmasının arzu olunduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycan ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq ICESCO-nun bu günə qədər həyata keçirdiyi bütün layihələrə dəstək vermiş və bundan sonra da bu dəstəyi əsigəməyəcəkdir.

Görüşdə mədəni irsin qorunması, yaradıcı sənayelərin inkişafı, “Bakı Prosesi” təşəbbüsünün daha da inkişaf etdirilməsi, İCESCO baş direktorunun Azərbaycana səfəri və digər məsələlər ətrafında müzakirələr aparıldı.
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
28/11/2020 [20:17]:
“France 24” Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin