Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil

20/11/2020 [12:46] - İqtisadiyyat (871)



Ağdam işğaldan azad olundu. Təbii ki, növbəti mərhələdə əsas hədəf Ağdamda quruculuq işlərinin aparılması, erməni vəhşilərinin dağıtdığı infrastrukturun bərpası, məcburi köçkünlərin öz yurlarına qayıtması üçün normal şəraitin yaradılması olmalıdır və şübhəsiz ki, belə də olacaq.

Yada salaq ki,  Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km, əhalisi 153 min nəfərdir. Əhali sayına görə bölgənin ən böyük rayonudur.  Rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.  Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı , 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi fəaliyyət göstərib. 

Ağdamın azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Ağdam şəhərini bərpa edəcəyik: “Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.

Təbii ki, böyük bir rayonun bərpası planlı olmalıdır. İlk növbədə rayonun dağıdılmış infrastrukturu bərpa etmək, yəni rayonun işıq, qaz və su ilə təchizatı təmin edilməli, şəhərlə kəndi, eyni zamanda Ağdamla başqa bölgələri birləşdirən yollar bərpa edilməli, yenidən qurulmalıdır. Növbəti mərhələdə isə müəssislər bərpa edilməlidir.

Nəzərə alsaq ki, işğala qədər rayonda 16 şərab zavodu (15 şərab zavod + 1 şampan zavodu) fəaliyyət göstərib, onda ilk növbədə bu müəssislər bərpa edilməlidir. Burada əhəmiyyətli amil odur ki, şərabçılıq sənayesi Azərbaycanda yetərincə inkişaf edib və bu müəssisələri bərpa etmək üçün xarici investorlara ehtiyac yoxdur - yerli investorlar yetərlidir. Bu müəssislərin işə düşməsi insanların rayona dönüşünü də sürətləndirəcək - həm doğma yurd + iş yeri.

Bundan sonra, turizmi canlandırmaq üçün istirahət mərkəzlərinin bərpasına diqqət yetirilməlidir. Bu da əlavə iş yerləri deməkdir. Ümumiyyətlə hesab edirəm ki, Ağdam çox yaxın gələcəkdə nəinki bölgənin, hətta Qafqazın əsas biznes və ticarət mərkəzinə çevrilə bilər. Nəzərə almaq lazımdır ki, Ağdam işğala qədər ölkənin 3-4 ticarət mərkəzindən biri idi - ənənələr itmir!

Qadir İBRAHİMLİ

Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etdi
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
Xəbər lenti
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24/11/2020 [11:02]:
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
24/11/2020 [10:17]:
Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb
24/11/2020 [09:24]:
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
24/11/2020 [01:32]:
Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etdi
23/11/2020 [23:48]:
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini qərəzsiz olmağa çağırıb
23/11/2020 [23:18]:
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
23/11/2020 [22:31]:
İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb
23/11/2020 [21:59]:
Ombudsman Aparatında yeni şöbə yaradılıb
23/11/2020 [21:06]:
Polkovnik Babək Səmidli şəhid olub
23/11/2020 [20:17]:
SOCAR: Neftçilər arasında koronavirusa kütləvi yoluxma müşahidə olunmur
23/11/2020 [19:28]:
Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı
23/11/2020 [18:39]:
Hulusi Akar: “Bəzi problemlər Türkiyə-ABŞ münasibətlərinə kölgə salıb”
23/11/2020 [18:26]:
İlham Əliyev: Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək
23/11/2020 [18:11]:
İlham Əliyev və Mehriban Əliyeva Ağdama gedib
23/11/2020 [17:53]:
Azərbaycanda daha 2 187 nəfər koronavirusa yoluxub
23/11/2020 [17:42]:
İranda da karantin sərtləşdirildi
23/11/2020 [16:55]:
Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək
23/11/2020 [16:21]:
Noyabrın 24-ə hava proqnozu
23/11/2020 [15:17]:
Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub
23/11/2020 [14:33]:
Macarıstanda təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa qayıdış: reallıqlar və gözləntilər
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Türkiyə Azərbaycana qoşun göndərir - rəsmi
Həbsdəki jurnalistdən dövlət başçısına müraciət - təfsilat
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
FİFA dünya çempionatını təxirə salıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin