Faiq Qarayev: “Dağlıq Qarabağda beynəlxalq yarışlara ev sahibliyi edəcəyik”

18/11/2020 [14:48] - İdman (393)



“44 gün davam edən vətən müharibəsi inamlı qələbəmizlə sona çatdı. Torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə başda cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla xalqımızı voleybol ictimaiyyəti adından səmimi qəlbdən təbrik edirəm”. 

Bunu apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib. 

Təcrübəli mütəxəssis Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı zəfərinə münasibət bildirib. Onun sözlərinə görə, torpaqlarımızın erməni faşistlərindən təmizlənməsi tarixi hadisədir: “Hər bir vətəndaşımız kimi mən də ölkəmizin inkişafı və məğlubedilməz Ordumuzla qürur və fəxr hissi keçirirəm. Bu gün əsgərlərimiz bizlərə qazanılan qələbə ilə sevincli anlar yaşadırlar. 30 il işğal altında olan torpaqlarımız düşməndən azad olundu. Müharibənin gedişində şəhidlərimiz oldu. Onlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə baş sağlığı verirəm, yaralı igidlərimizə Allahdan şəfa diləyirəm. Azərbaycanın çoxlu igid oğlan və qızları var. Könüllü olaraq minlərlə gəncimiz ordu sıralarına qoşuldular. Bir vətəndaş kimi hamı Azərbaycan uğrunda əlindən gələni etməyə hazır idi və bu gündə hazırdır”. 

Vitse-prezident qeyd edib ki, Dağlıq Qarabağdakı müharibənin gedişində və bu gün də qitə, həmçinin dünya voleybol qurumları Azərbaycana dəstəklərini əsirgəmirlər. Onun sözlərinə görə, bir sıra federasiyalar bununla bağlı sosial şəbəkə hesablarında paylaşımlarla da həqiqəti dünyaya çatdırırlar: “Hər gün mənə digər ölkələrin voleybol federasiyalarından, Avropa Voleybol Konfederasiyasından zənglər gəlirdi. Onlar bu gün də əlaqələr qururlar. Əgər müharibənin gedişində qələbəmizə inam ifadə edirdilərsə, bu gün ölkəmizin bütövlüyünü bərpa etməyimiz münasibəti ilə təbriklərini çatdırırlar. Onlar arasında Türkiyə voleybol camiəsini xüsüsi qeyd edərdim. Bildiyiniz kimi, Azərbaycan milli komandasından başqa, qardaş ölkənin də əsas yığmasının baş məşqçisi olmuşam. “Ay-ulduzlular”la beynəlxalq arenalarda kifayət qədər qələbə sevinci yaşamışam. Onlar da müharibənin başladığı gündən demək olar ki, hər an burdakı vəziyyətlə maraqlanırlar. Bunu tək Türkiyə Voleybol Federasiyasının rəhbərliyi deyil, qurumun adi işçisindən tutmuş, menecerləri, voleybolçuları, hakimləri də edirdilər. Hər bizi bizim qədər narahat olduqlarını, amma qələbəyə inandıqlarını vurğulayırdılar. Şükürlər olsun ki, doğma torpağından, evindən ayrı düşən həmvətənlərimiz 30 ildən sonra Prezidentimiz, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, Ordumuzun gücü sayəsində öz yurdlarına qovuşurlar.  
Biz şanslıyıq. Çünki gözəl rəhbərimiz var. Bu gün Prezidentimiz bütün dünyaya Azərbaycanın necə güclü ölkə olduğunu bir daha göstərdi. Biz hər zaman Prezidentimizin yanında və əmrindəyik”.

F.Qarayev Azərbaycan Voleybol Federasiyasının işğaldan azad olunan ərazilərdə görmək istədiyi planlarından da danışıb. Onun sözlərinə görə, əsrarəngiz təbiətə malik Qarabağda voleybolun inkişafı və kütləviləşməsi yolunda bütün güclərini səfərbər edəcəklər: “Qısa zamanda işğaldan azad olunmuş bölgələrimizdə voleybol komandalarını yaratmaq əsas hədəfimizdir. Hazırda koronavirus pandemiyası səbəbindən qapalı məkanlarda məşqlərə icazə verilmir və hər kəs kimi biz də bütün qaydalara riayət edirik. Buna baxmayaraq, videokonfranslarımız və iclaslarımız olur. Bu görüşlərdə əsas müzakirə mövzumuz idmançıların hazırkı vəziyyəti və bölgələrdə voleybolun inkişaf etdirilməsidir. İnanıram ki, güclü və daha gözəl ölkə çempionatları keçirəcəyik. Yaxın zamanlarda işğaldan azad olunmuş torpaqlarımızda beynəlxalq yarışlara ev sahibliyi edəcəyik və idmançılarımız qələbələri ilə bayrağımızı ucaldacaqlar. İnanıram ki, müharibədəki qələbəmiz istənilən sahədə Azərbaycanın daha da çiçəklənməsi yolunda mühüm rol oynayacaq”.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin