Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh

18/11/2020 [13:36] - Gündəm (981)



Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.

Bu işğaldan azad edilmiş ərazilərdə ilk dövlət investisiya layihəsi kimi tarixə düşəcək və həm mənəvi, həm sosial-iqtisadi baxımdan çox əhəmiyyətlidir. eyni zamanda prezidentin sərəncamı Qarabağda abadlıq-bərpa işlərinə artıq strart verildiyini də təsdiqləyir. 

Təbii ki, abadlıq bərpa işləri kifayət qədər böyük xərclər tələb edən prosesdir və böyük maliyyə qaynaqlarına ehtiyac var. 2020-ci ilin dövlət büdcəsində Qarabağda abadlıq-quruculuq işləri üçün vəsait nəzərdə tutulmadığından prezident ehtiyat fondundan vəsait ayırıb. Qanunvericiliyə görə, prezidentin ehtiyat fondu dövlət büdcəsinin xərclərinin 2 faizindən çox ola bilməz. Hazırda büdcə xərclərinin 25 milyard manatdan çox olmasını nəzərə alsaq, deməli, prezidentin ehtiyat fondu 500 milyon manatdan az deyil. 

Bununla belə, nəzərə almaq lazımdır ki, maliyyə ili başa çatır və fondun vəsaitlərinin çoxu artıq xərclənib. Bu baxımdan fonddan Əhmədbəyli–Füzuli–Şuşa yolunun tikintisinə vəsait ayrılması təqdirəlayiqdir. Ola bilsin ki, ilin sonunadək bir neçə də oxşar sərəncamlar olsun - təbii ki, fondda pul qalıbsa. Ancaq fondun vəsaiti yeganə mənbə deyil.

2021-ci ilin dövlət büdcəsinin layihəsi hələ də Milli Məclisdə müzakirəyə çıxarılmayıb. Əslində büdcə qanunvericiliyinə görə hələ okyabrdan büdcə dinləmələri başlamalıydı. Ancaq döyüş əməliyyatlarının başlanması prosesi təxirə saldı. Çox güman ki, gələn ilin büdcəsində Qarabağda yeni quruculuq işlərinə böyük məbləğlər ayrılacaq.

Məsələn, təxminən 6 milyard manatlıq dövlət investisiyalarının ən azı 50 faizi bu məqsədlə ayrıla bilər. Ancaq bu da yetərli deyil. Çünki ermənilərin vurduğu ziyanın ən az məbləği 50 milyard dollardır və bu fəsadların aradan qaldırılması böyük pullar və vaxt tələb edir. Elə ona görə də Prezident İlham Əliyev ermənilərin vurduğu ziyanın hələ hesablandığını və Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq maliyyə institutlarının (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı və s.) prosesə cəlb olunmasının vacibliyini bildirib. 

Eyni zamanda xarici investorların cəlb edilməsi də vacibdir. Bu istiqamətdə artıq müsbət siqnallar gəlir - Latviya şirkətləri Qarabağda quruculuq işlərinə hazır olduğunu deyib. Ən başlıcası isə odur ki, quruculuq işləri artıq başlayıb.

Qadir İBRAHİMLİ





Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etdi
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
Xəbər lenti
24/11/2020 [14:07]:
Azərbaycandakı banklar valyuta hərracında 63 milyon dollara yaxın vəsait cəlb ediblər
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24/11/2020 [11:02]:
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
24/11/2020 [10:17]:
Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb
24/11/2020 [09:24]:
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
24/11/2020 [01:32]:
Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasına müraciət etdi
23/11/2020 [23:48]:
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini qərəzsiz olmağa çağırıb
23/11/2020 [23:18]:
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
23/11/2020 [22:31]:
İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb
23/11/2020 [21:59]:
Ombudsman Aparatında yeni şöbə yaradılıb
23/11/2020 [21:06]:
Polkovnik Babək Səmidli şəhid olub
23/11/2020 [20:17]:
SOCAR: Neftçilər arasında koronavirusa kütləvi yoluxma müşahidə olunmur
23/11/2020 [19:28]:
Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı
23/11/2020 [18:39]:
Hulusi Akar: “Bəzi problemlər Türkiyə-ABŞ münasibətlərinə kölgə salıb”
23/11/2020 [18:26]:
İlham Əliyev: Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək
23/11/2020 [18:11]:
İlham Əliyev və Mehriban Əliyeva Ağdama gedib
23/11/2020 [17:53]:
Azərbaycanda daha 2 187 nəfər koronavirusa yoluxub
23/11/2020 [17:42]:
İranda da karantin sərtləşdirildi
23/11/2020 [16:55]:
Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək
23/11/2020 [16:21]:
Noyabrın 24-ə hava proqnozu
23/11/2020 [15:17]:
Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa qayıdış: reallıqlar və gözləntilər
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Türkiyə Azərbaycana qoşun göndərir - rəsmi
Həbsdəki jurnalistdən dövlət başçısına müraciət - təfsilat
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
FİFA dünya çempionatını təxirə salıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin