Qarabağa qayıdış: reallıqlar və gözləntilər

17/11/2020 [17:45] - Gündəm (1075)



Hazırda gündəmin əsas müzakirə mövzularından biri də işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlıdır. Bir qədər tez ortaya atılmış mövzudur, çünki döyüşlər hələ bitməyib. Bununla belə, sosial şəbəkələrdə bu məsələ geniş müzakirə olunur. 

Bəziləri iddia edir ki, məcburi köçkünlər yurdlarına qayıtmayacaq, bəziləri isə deyir ki, onları zorla torpaqlarına qaytarmaq lazımdır. Hər iki yanaşma yanlış və ziyanlıdır. Ən pisi də odur ki, bu mübahisələr indiki dönəmdə qətiyyən arzuolunan deyil. Bununla belə, məsələ gündəmə gəlibsə, ona neytral mövqedən rəy bildirmək lazımdır.

Birincisi, hər bir Azərbaycan vətəndaşınıın ölkənin istənilən bölgəsində yaşamaq, iş qurmaq, mülkiyyət əldə etmək hüququ var.  Hələ müharibə tam bitməyib, dağılan infrastruktur, evlər bərpa olunmayıb, indidən ""məcburi köçkünlər torpaqlarına qayıtmaq istəməyəcək" kimi mənasız və predmetsiz iddialarla çıxış edirlər.

İkincisi, bu iddiaların müəllifləri məcburi köçkünlərin konkret olaraq Bakıdan çıxarılmasının tərəfdarlarıdır. Yenə yanlış yanaşma. Çünki məcburi köçkünlərin az bir hissəsi Bakıda cəmlənib. Qalanları Gəncə, Sumqayıt, Bərdə, Ağcabədi, Saatlı, Sabirabad, Biləsuvar, Göygöl və başqa rayonlarda məskunlaşıb. Lənkəranlının, naxçıvanlının, şuirvanlının, quabalının, eləcə də başqa bölgə sahiblərinin Bakıda - ölkənin paytaxtında yaşamaq hüququ varsa, qarabağlının niyə olmasın?

Üçüncüsü, 27 il böyük müddətdir. 1993-cü ildə doğulanlar gözlərini fərqli məkanlarda dünyaya açıblar. Məcburi köçkünlərin 27-35 yaşlı övladları fərqli çoğrafiyada, fərqli mühitdə böyüyüblər. Onları zorla ata-baba yurduna qaytarmaq vandalizmdən başqa bi şey deyil.

Dördüncüsü, bütün bunlara rəğmən bir hissə qayıdacaq - yaşlı və orta nəsil. Hətta qayıtmasalar belə, faciə deyil. Çünki Qarabağı biznes, turizm mərkəzinə çevirmək, 5 illik bütün vergi növlərindən azad etmək olar. Eyni zamanda başqa imtiyazlı şərtlər (məsələn, ucuz kreditlər) daxilində Qarabağa köç danılmazdır - özü də Azərbaycanın hər tərəfindən.

Nəhayət, prezident İlham Əliyev yaxınlarda bildirdi ki, işğaldan azad olan ərazilərimizi minalardan təmişləmək təmizləmək və infrastrukurları bərpa etmək üçün beynəlxalq donorları da cəlb edəcəyik. Bu o deməkdir ki, Qarabaqda infrastrukturun bərpası planı artıq hazırdır. Hələ ki, ilkin bərpa işlərinə yerli qurumlar başlayıb - "Azərişıq" bölgənin elektrik enerjisi ilə təhcizatını həyata keçirir, ölkənin ən böyük banklarından olan "Kapitalbank" Qarabağın bütün bütün bölgələrində filiallar açmağa hazırdır. Bu hələ başlanğıcdır...

 Ona görə də hesab edirəm ki, "məcburi köçkünlər yurdlarına qayıtmayacaq", "onları zorla torpaqlarına qaytarmaq lazımdır" tipli söhbətlərə baş qoşmaq lazım deyil. Qarşıda bizi ciddi layihələr gözləyir!
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin