"Aptamil" uşaq qidasından qurdlar çıxdı - "Övladım çox narahatdır" - Şikayət - VİDEO

07/11/2020 [14:40] - Gündəm (1112)



“40 günlük övladım üçün “Nutricia” şirkəti tərəfindən istehsal edilən 800 qramı 36 manat olan “Aptamil” uşaq qidası aldım və içərisindən 2 ədəd qurd çıxdı. Hazırda uşağım çox narahatdır”.

Bu barədə şikayətlə Medicina.az-a məşhur videobloger Ülvi Mustafayev (ÜlviFatimə) özü məlumat verib.

O qeyd edib ki, qidanın içərisindən qurd çıxması ilə bağlı şirkət rəhbərliyinə qədər müraciət etsə də nəticə əldə edə bilməyib: “Şirkətin Azərbaycanda rəsmi distribüteri olan MMC-nin direktor müavini Fuad Rzayev bildirdi ki, onlara məxsus anbarda belə bir şey ola bilməz. Onlara dedim ki, öz sosial şəbəkə hesabımda paylaşım edərək camaatı aldanmamağa səsləyəcəm, çünki bu millətin balaları yazıqdı. Buna cavab olaraq mənə “Paylaş, problem yoxdur, elə ən böyük reklam anti-reklamdır”, dedilər. Daha sonra təklif etdilər ki, məhsulu aparıb onlara verim və araşdırsınlar. Mən isə bunu istəmədim. Çünki məhsulun satışını təşkil edən yer heç vaxt düzgün qərarı araşdırmaz, özlərini günahkar çıxartmaz”.


Şikayətçi məhsulu araşdırılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı üzrə rəis müvaini Hüseyn Abdullazadəyə təhvil verib: “Bunun əvəzində məhsulu verdiyimə dair akt formasında sənəd aldım. Bildirdilər ki, həmin qidanı laboratoriyaya göndərəcəyik və bundan sonra nəticənin nə olduğunu açıqlayacağıq. İndi istəyim odur ki, AQTA-nın laboratoriya nəticəsi tam şəffaf şəkildə olsun. Əgər nəticə faktı ortaya çıxarmasa, o zaman bu məsələni məhkəməyə qədər uzadacağam. Çünki burda müzakirə mövzusu körpə uşaqlardı. Mənim 40 günlük oğlum bu qidadan sonra artıq 2 gündür ki, gecələr yatmır, normasından çox narahatdır. Bu hal bu gün də davam etsə məcburən yoxlanışa aparacağam ki, narahatlığını dəqiqləşdirim, bəlkə mədəsinə ya bağırsağına mikrob düşüb. Çünki bir qidanın içində 2 iri qurd olması faktı insanı ancaq bunu düşünməyə vadar edir”.

Məsələ ilə bağlı AQTA-ya müraciət etdik və bildirildi ki, problem barədə araşdırma aparıb məlumat veriləcək.

Qeyd edək ki, sözügedən uşaq qidası ilə bağlı mətbuatda, sosial şəbəkələrdə dəfələrlə şikayətlər işıqlandırılıb. Aparıcı İlkin Həsəni də qızı üçün aldığı "Aptamil" qidasından şikayətçi olub.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin